Əsas Səhifə > Cəmiyyət, Manşet > Baş prokurorluq qazaxlı iş adamını intihar qərarından daşındırdı

Baş prokurorluq qazaxlı iş adamını intihar qərarından daşındırdı


31-01-2014, 17:15
Baş prokurorluq qazaxlı iş adamını intihar qərarından daşındırdı
DİA.AZ: - Məlum olduğu kimi, Qazax rayonundan olan iş adamı Elşad Məmmədov sabah özünü etiraz olaraq yandırmaq qərarına gəlmişdi. Və bu barədə mətbuata verdiyi açıqlamasında Elşad Məmmədov bildirmişdi ki, artıq üzləşdiyi problemin həllində hüquq-mühafizə orqanlarının, müvafiq dövlət qurumlarının fəaliyyətsizliyi səbəbindən yeganə çıxış yolu kimi intiharı seçib.

Qeyd edək ki, intihar edəcəyini, özünü yandıracağını deyən Qazax rayonundan olan sahibkar Elşad Məmmədov «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmlini və daha bir neçə şəxsi ittiham edən açıqlama ilə çıxış etmişdi. Elşad Məmmədov redaksiyamıza açıqlamasında bunları demişdi: «Məni bu addımı atmağa vadar edən Hacı İbrahim Nehrəmli və onun məmur qardaşının hökmündən qorxan məhkəmələr, hüquq-mühafizə orqanlarıdır. Düz iki ildir ki, mən Hacı İbrahim Nehrəmli tərəfindən mənimsənilən 355 min manatımın davasını döyürəm. Amma kimsə mənim - yetim oğlanın haqqının bərpasına yardım etmədi.

Bilirəm ki, intihar etmək günahdır. Amma mənim başqa bir şansım qalmayıb. 3 körpə uşaqla dolanışıq dərdi çəkirəm. Halbuki pulum geri qaytarılsaydı, belə bir problemim də olmazdı. İş o yerə çatıb ki, Hacı İbrahim məni «Yeni Müsavat» qəzetində ittiham edir».

Sahibkar bildirirdi ki, inanclı adamdır: «Mən müsəlmanam. Kimsə sonra məni intihar etdikdən sonra dəli, alkoqolik adlandırmasın. Qərarımı vermişəm. Fevral ayının 1-də özümü yandıracam. Haqqımın bərpası üçün başqa bir etiraz forması görmürəm. Allah bağışlayandır və mərhəmətlidir. 3 körpə balamı Allaha və müsəlman qardaşlarıma, haram tikə yeməyən mərd oğlanlara həvalə edirəm. Mənim yerim hazırdır. Bu şəkildəkilər - Allah ölənlərinizə rəhmət eləsin - annam və atamdır. Bu ağacları da özüm əkmişdim, çox böyüyüblər».

Daha sonra Elşad Məmmədov onun intiharında günahkar olanların adlarını da açıqlamışdı:

1. ,, Avesta"şirkətinin rəhbəri Nehrəmli Hacı İbrahim.
2. ,, Həsən-96"MTK-nın sədri Emil Tağıyev (nehrəmli Hacı İbrahimin bacanağı)
3. ,, Həsən-96" MTK-nın şöbə müdiri Zülü İskəndərov
4. Nərimanov polis bölməsini tədqiqatcısı kapitan Tərlan Muradov
5. Nəsimi rayonu hakimi Səyyad Qafari
6. Apellyasiya məhkəməsinin hakimi Xuraman Məhərrəmli
6. Ali məhkəmənin hakimi Qəhrəman Allahverdiyev
7. Prokrorluq işçisi Nazir Quliyev.

Sahibkar bildirir: “Mənim qanuni sənədlərimə yox nehrəmli Hacı İbrahimin əmrini yerinə yetirdilər”.

Onu da bildirək ki, artıq bu olaya dövlət səviyyəsində rəsmi reaksiya verilib. Bununla bağlı DİA.AZ-a açıqlama verə niş adamı Elşad Məmmədov bildirdi ki, bu gün Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində olduğunu deyən qazaxlı iş adamı bildirdi ki, İdarənin rəisi Kamran Əliyevin qəbulunda olub.

Elşad Məmmədov: «Kamran Əliyevlə görüşdə problemin mahiyyəti müzakirə olundu. Görüşdə həmçinin narazılıq etdiyim Nazir Quliyev də iştirak edirdi. Kamran müəllim bildirdi ki, bir həftəlik müddət ərzində iş mahiyyəti üzərə yenidən araşdırılacaq».

Sahibkar bu səbəbdən intihar qərarından müvəqqəti daşındığını da bildirdi: «Mən inanıram ki, korrupsiyaya qarşı mübarizə idarəsi işi mahiyyəti üzərə araşdırıb, haqqımın bərpasında rol oynayacaq. Ona görə də prokurorluq orqanlarının sözlərini nəzərə alaraq 1 həftəlik olaraq qərarımdan müvəqqəti daşınmışam».

Sahibkar onu da əlavə etdi ki, yaxın günlərdə məsələ ilə bağlı mətbuat qarşısında geniş çıxış edib, təfsilatı ilə informasiya verəcək.

Geri qayıt