Əsas Səhifə > Cəmiyyət, Manşet > Gəncədə səhiyyə sistemi `CANINI TAPŞIRIB`...
Gəncədə səhiyyə sistemi `CANINI TAPŞIRIB`...2-06-2023, 10:47 |
Yalana o qədər öyrəşmişik ki, düz söz deyəndə insanlarımız təəccüblənir və şübhələnir. Bax elə bədbəxtçiliyimiz də bundadır. Hər bir ölkə özünün təhsili, elmi, mədəniyyəti və səhiyyəsi ilə tanınır. Bu proses yerlərdə də belədir. Hərçənd ki, Gəncədə səhiyyə sistemi yox dərəcəsindədir. Səhiyyənin bütün sistemlərində rüşvətxorluq baş alıb gedir. Necə deyərlər, yığan yığanındır. Qəribədir ki, nazirlik və TƏBİB bu əməliyyatı bilə-bilə, görə-görə görməməzliyə vurur. Bu ancaq sadə vətəndaşları “sarımaqdan”, ölkə başçısına yalan danışmaqdan başqa bir şey deyil. Artıq bir neçə ildir ki, Gəncə şəhərində xəstəxanalara verilən dərmanlar aidiyyəti üzrə bölünmür. Belə ki, Gəncənin xəstəxanalarında insult, şəkərli diabet, qaraciyər xəstəlikləri olan şəxslərin dərmanlarının verilməsində ciddi problemlər yaranıb. Belə ki, Gəncə şəhər Abbas Səhhət adına xəstəxanasında bütün cərrahiyyə əməliyyatlarını İcbari Tibbi Sığorta tərəfindən ödənişlər edilməsinə baxmayaraq hipokrat andlı həkimlərimiz yenə də pasiyentlərdən pul alırlar. Anoloji vəziyyət Gəncə şəhər Regional Perinatal Mərkəzində də höküm sürür.Bu mərkəzə üz tutan hər kəs istər qeysəriyyə üsulu ilə istərsə də təbii yolla dünyaya gətirdiyi övladlarına görə zorən həkimlərlə hesablaşmalı olurlar. Əsas problemlərdən biri də Səhiyyə Nazirliyi tərəfindən hər adam üçün ayrılan dərmanlar xəstələrə vaxtında çatmır və ya düzgün bölünmür. Şikayətçi vətəndaşlar bildirir ki, bizim müraciət etdiyimiz aidiyyəti üzrə xəstəxanalar, dərmanları mənimsəyirlər. Hətta deyilənlərə görə, möhürlü dərmanların möhürü çırılıb atılır, apteklərə müəyyən miqdarda satışa qoyulur. Bundan başqa, insult xəstələrinə verilməli olan dərmanlardan sadəcə biri təqdim edilir. Bununla da xəstələrin yaxınlarına qol çəkdirərək digərlərini mənimsiyirlər. Bu cinayət deyilsə, bəs nədir? Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq… Dünyanınsəsi.Az Geri qayıt |