Əsas Səhifə > Cəmiyyət, Manşet > Orda bir kənd var uzaqda... nə interneti var... nə bankomatı...

Orda bir kənd var uzaqda... nə interneti var... nə bankomatı...


5-06-2023, 09:57
Orda bir kənd var uzaqda... nə interneti var... nə bankomatı...
DİA.AZ: - "Sabirabad rayonunun Hacıbəbir və ətraf kəndləri elə bil yaddan çıxıb. Sanki adama Somalini xatırladır... Bu kənddlərdə qaz xətti yoxdur, internet xətti yoxdur, bankomat yoxdur, millön aparatı yoxdur, poçt işləmir, aptek yoxdur, xəstəxana yoxdur", Bu barədə DİA.AZ-a yazan kənd sakinləri bildirirlər.

Minimum həyat şəraitinin olmadığı kəndlərdə yaşayışın acınacaqlı olduğunu qeyd edən sakinlər daha sonra müraciətlərinibelə davam edirlər: "Kəndin ümumi yolları bərbad gündədir, uşaq bağçası yoxdur, işsizlik baş alıb gedir.

Orda bir kənd var uzaqda... nə interneti var... nə bankomatı...

Digər problemləri yazıb, başınızı ağrıtmırıq...

İşıq kartnandı... amma ödəniş üçün aparat yoxdur. Bu kəndlərdə yaşayan insanların 2030-ci illərə qədər problemləri necə olacaq?"

Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt