Əsas Səhifə > Cəmiyyət, Manşet > Əli İnsanovun ən yaxın adamı – sağ əli hədəfə çevrilir

Əli İnsanovun ən yaxın adamı – sağ əli hədəfə çevrilir


3-02-2014, 14:40
Əli İnsanovun ən yaxın adamı – sağ əli hədəfə çevrilir
DİA.AZ: - Bir müddət əvvəl məlumat verərək bildirmişdik ki, səhiyyə naziri Oqtay Şirəliyevlə onun müavini Elsevər Ağayev arasında münasibətlər ən gərgin həddinə çatıb. Hətta Elsevər Ağayevin görvəindən alınacağı ilə bağlı xəbərlər də yayıldı ki, bu informasiya da böyük rezonansa nədən oldu. Qeyd edək ki, «Əli İnsanovun yadigarı» kimi tanınan Elsevər Ağayev zamanında keçmiş nazirin kassiri kimi də tanınıb. Səhiyyə sistemindəki qanunsuz özəlləşdirmə prosesinə rəhbərlik edən nazir müavini bu yolla külli miqdarda sərvət əldə edə bilib ki, sonradan da məhz bu pulların hesabına görəv başındakı mövcudluğunu qorumağa müvəffəq oldu.

Amma məlumatlı mənbələr nazir Şirəliyevin Elsevər Ağayevə heç də isti münasibət göstərmədiyini söyləyirlər: «Təbii ki, hər sə deyə bilər ki, əgər nazir müavini ilə işləmək istəmirsə, o zaman onu görəvindən alsın. Amma bu məsələ heç də göründüyü kimi sadə deyil. Hakimiyyətin üst düzəyində Elsevər Ağayevi himayə edənlər var və həmin qruplaşmalar bu gün səhiyyə sisteminə, xüsusən də dərman bazarına məhz Elsevər Ağayevin əli ilə nüfuz etməkdədirlər».

Xatırladaq ki, keçən günlərdəki məlumatımızda nazirin artıq müavini ilə ipləri qırmağa hazır olduğunu bildirmişdik. «Dünya» İnformasiya Agentliyi redaksiyasına daxil olan son məlumatlardan aydın olur ki, artıq münasibətlərdəki gərginlik özünün pik həddinə çatıb: «Bir neçə gün əvvəl nazirin göstərişi ilə hazırlanan və Elsevər Ağayevi xüsusən özəlləşdirmə dövründə ifşa edən sənədlər hüquqi araşdırmalar üçün müvafiq dövlət qurumlarına göndərildi. Amma bununla da yetinməyə nazir Elsevər Ağayevin səlahiyyətlərinə də əl qoymaq qərarını verib».

Mənbəmiz bildirir ki, nazir müavininin tabeçiliyində olan istiqamətlər ondan alınaraq birbaşa olaraq Oqtay Şirəliyevin nəzarətinə keçib: «Bu gün Elsevər Ağayev faktiki olaraq səlahiyyətsiz qalıb».

Onu da bildirək ki, əslində səhiyyə sistemində həyata keçirilən qanunsuz özəlləşdirmə məsələsi təsadüfi olaraq, təkcə Elsevər Ağayevə görə gündəmə gətirilməyib. Belə ki, son günlər hakimiyyətə qarşı sərt mövqeyi ilə seçilən keçmiş səhiyyə naziri Əli İnsanovun fəallığı da burada müstəsna rol oynayır. Bunu deyən məlumatlı mənbə bildirir ki, Əli İnsanova qarşı yeni ittihmalra hazırlanır ki, bu məsələdə hətta Elsevər Ağayev kimiləri qurban da verilə bilər.

Xatırladaq ki, bu gün Əli İnsanova qarşı yeni planların olması ilə bağlı yerli mətbuatda bir neçə xəbərə rast gəlinib…

Geri qayıt