Əsas Səhifə > Cəmiyyət, Manşet > Öz işçisi icra başçısından «yuxarılara» fakt ötürüb

Öz işçisi icra başçısından «yuxarılara» fakt ötürüb


5-02-2014, 12:16
Öz işçisi icra başçısından «yuxarılara» fakt ötürüb
DİA.AZ: - Keçən günlərdə 13 uşaqlı ailə ilə qalmaqal yaşayan Sabunçunun icra başçısı Adil Vəliyevə ciddi başağrısı yarana bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbələr məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, icra başçısına qarşı olan və çox ciddi əhəmiyyət daşıyan faktlar Prezident Administrasiyasının rəhbərliyinə çatdırılıb. Mənbəyə görə, həmin faktlar Sabunçu rayonunda böyük bir korrupsiya faktını aşkarlayır ki, hansı ki bu proseslə bağlı bütün sənədləşdirmələr saxtalaşdırılıb və hətta bu prosesdən «yuxarılar» belə məlumatsız saxlanılıb.

Mənbə bildirir ki, artıq həmin faktlar gərəkən ünvanın əlindədir: «Təbii ki, hər zaman əldəki faktlara görə kimisə cəzalandırmırlar. Daha doğrusu, hər zaman cəza deyildikdə vəzifədən alınma tədbirinə əl atılmır. Amma cəza mütləq olacaq. Adil Vəliyev vəzifəsində saxlanılsa da, mənimsədiyi məbləğin bəlkə də beş-on qatını ödəmək zorunda qalacaq».

Mənbənin iddialarına görə, söhbət 3 milyon manatdan artıq büdcə pullarının ustalıqla mənimsənilməsindən gedir ki, bu proses də xeyli müddətdir davam etməkdədir.

Onu da bildirək ki, məlumatı verən qaynaq həmin faktların hansı yollarla «yuxarılara» təqdim olunması barədə də maraqlı bilgilər açıqlayıb: «Adil Vəliyevə qarşı faktlar icra hakimiyyətinin içindən ötürülüb»…

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt