Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövlət Komitəsinin TENDER HOQQASI...

Dövlət Komitəsinin TENDER HOQQASI...


8-07-2023, 11:10
Dövlət Komitəsinin TENDER HOQQASI...Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

DİA.AZ bildirir ki, 32gun.az-ın məlumatına görə, tenderin qalibi "Real-İnşaat” MMC olub.

Dövlət Komitəsinin TENDER HOQQASI...

Tenderin qalibinə Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən 2.052.700,77 AZN ödəniləcək.

Əldə etdiyimiz məlumata görə, "Real-İnşaat” MMC-nin dövlətə külli miqdarda vergi borcu var. Şirkətin vergi borcu hazırda 320 min manatdan çxodur (320898.37 AZN)

Bildirək ki, adıçəkilən şirkətin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi NİZAMİ ALLAHVERDİYEV NÜSRƏT OĞLUdur. 13.06.2005-ci il tarixində dövlət qeydiyyatına alınan MMC Ağdam Rayon Vergilər Şöbəsi tərəfində Vergi uçotuna alınıb.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.

Geri qayıt