Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakının rəhbərliyi nazir qardaşına həvalə olunur

Bakının rəhbərliyi nazir qardaşına həvalə olunur


6-02-2014, 17:54
Bakının rəhbərliyi nazir qardaşına həvalə olunur
DİA,AZ: - «Şirvan rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov bu günlərdə vəzifəsindən alınır». Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə informasiya verib. Qaynaq iddia edir ki, Müdafiə Sənayesi Naziri Yavər Camalovun qardaşı Mərdan Camalov çoxdandır gözü olan vəzifəyə - Bakı şəhər icra hakimiyyətinin başçısı postuna gətirilir.

Xatırladaq ki, hələ keçən günlərdə BŞİH rəhbəri Hacıbala Abutalıbovun müvəqqəti olaraq postunda saxlanılması xəbərini vermişdik. Bilgili qaynaqlardan redaksiyamıza ötürülən informasiyaya görə, Hacıbala Abutalıbovla bağlı qərarın verilməsi an məsələsidir.

Bildirək ki, bu vaxta qədər həmin posta «müştəri» düşənlər çox olub. Onların arasında hazırda Sumqayıta rəhbərlik edən Eldar Əzizov, Gəncənin icra başçısı Elmar Vəliyev digərlərindən daha şanslı hesab olunsalar da, bu gün faktiki olaraq Mərdan Camalovun BŞİH rəhbərliyinin astanasında olduğu söylənilir.

Bu arada məlumatlı mənbə iddia edir ki, Hacıbala Abutalıbova Azərbaycan Milli Elmlər Akademiyasında vəzifə veriləcək. Yəni onun da könlü bu şəkildə alınacaq. Bildirək ki, Misir Mərdanov da təhsil naziri postundan alındıqdan sonra AMEA-da özünə rahat «təqaüdçü məkanı» tapa bilib. İndi isə eyni qaydada Hacıbala Abutalıbovun istirahətə göndəriləcəyi aydın olur. Əslində bu həm də o deməkdir ki, AMEA-ya göndərilənlər sonradan hansısa formada ittiham hədəfinə çevrilmək məsuliyyətindən azad olunmuş hesab edilirlər.

Geri qayıt