Əsas Səhifə > Cəmiyyət, Manşet > Əmrullayev təhsil sisteminə NƏLƏRİ GƏTİRDİ?..

Əmrullayev təhsil sisteminə NƏLƏRİ GƏTİRDİ?..


18-07-2023, 09:21
Əmrullayev təhsil sisteminə NƏLƏRİ GƏTİRDİ?..
Məktəblər təhsil vermir və biz bunu bilirik. Məktəblər müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirilib"
Düşünmək olardı ki, bu sözləri hansısa təhsil eksperti, yaxud Təhsil nazirinə ciddi opponentlik edən birisi deyib. Çünki, səsləndirilən fikirlər olduqca ciddi ittihami idi, Azərbaycan təhsilinin, yüz minlərlə müəllimin əməyinin üstündən xətt çəkmək idi. Gözləmək olardı ki, Təhsil naziri dərhal bu fikirlərə reaksiya verər, bu ittihamları absurd adlandırar, təhsil işçilərinin ünvanına səsləndirilən təhqirləri cavablandırardı. Amma...
Yüz il də gözləsəniz Emin fetoçusundan bu fikirlərə cavab eşitməyəcəksiniz. Çünki bu “dahiyanə”, “müdrik” sözlərin müəllifi elə nazirin özü idi. . Bakı şəhərində yerləşən məktəb direktorları ilə görüşdə ( bu direktorların böyük qisminin təyinatında onun rolu olmayıb və həmin direktorlar dolayısıyla Eminə də tabe deyillər ) nazir necə cuşa gəlibsə yuxarıda dediyimiz fikirləri səsləndirib. Dediyim kimi bu yüz minlərlə təhsil işçisini təhqir etmək , ömrünü çətin şərtlər altında gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimləri alçaltmaqdır. Bu fikirləri səsləndirən nazir dərhal istefa verməli ,müəllimlərdən üzr istəməlidir. Belə bir məsəl var ki, hamı dəli olanda mollanın yanına gedir, bəs molla dəli olanda kimin yanına getsin ?
Nazir təyin olunduğu gündən özünə islahatçı imici formalaşdırmaq üçün müxtəlif üsullardan istifadə etsə də E.Əmrullayev nəinki hansısa islahata imza ata bilib, əksinə təhsil sistemində ciddi narazılıq formalaşdırıb. Sosial şəbəkələrdə təhsil qruplarına gözucu nəzər salmaq kifayətdir ki, real mənzərəni görəsən. E.Əmrullayev sanki sırf narazılıq formalaşdırmaq, onsuz da acınacaqlı durumda olan Azərbaycan təhsilinin “fatihəsini” vermək üçün Fetonun göstırişlıri ilə fəaliyyət göstərir. Təhsildə olan bütün günahları binəva müəllimdə görən nazir öz həmkarlarına az qala düşmən münasibəti sərgiləyir. Sanki milyonlarla dövlət vəsaitini havaya sovuran, korrupsiyalaşmış bir sistem formalaşdıran, Azərbaycan təhsilinin vayına oturan elə “bizim Cəbiş müəllim” imiş...
Əmrullayevgörəsən bilmirmi ki, bu gün Azərbaycan müəllimi ən ağır şərtlər altında, az əmək haqqı müqabilində fədakarlıq edir (bu yerdə M.Mərdanovun məhşur sözlərini xatırlamamaq olmur) . Məktəblərdə müəllim yersiz yerə o qədər yüklənir ki, dərs deməyə belə vaxtı qalmır. Repititorluq sistemini elə müəllimi bu günə qoyanlar özləri formalaşdırmayıbmı? Müəllimi süpürgə pulu, fond pulu, summativ pulu yığmağa kim məcbur edir görəsən ? Əgər məktəblər müəllimlərə əmək haqqı verən bir mexanizmə çevrilibsə bunun günahkarı şəxsən sizsiniz Əmrullayev!
Əgər məktəblər müəllimə əmək haqqı verən bir mexanizmdirsə sizin nazirliyiniz də milyonları udmaq üçün bir mexanizmdir !
Bir daha qeyd edirəm ki. E.Əmrullayev öz fəaliyyəti ilə hər zaman dövlətin əsas güc mənbələrindən olan təhsil ictimayətindən ibarət böyük bir narazılar ordusu formalaşdırır. Özünü müəllimlərin düşməni kimi aparmaq, gündə bir imtahan şousu düzəltməklə onları daim stres altında saxlamaq islahat deyil, ay nazir.! Məncə bu sizdə alınmadı. Olan şeydir, hamı adını tarixə qızıl hərflərlə yazmağı bacarmır...Üzüsulu istefa versəniz xalqımız üçün də, dövlətimiz üçün də xeyirli olar.
Ölkəmizdə təhsil sahəsində köklü islahatların əsası M.Cabbarovun nazir təyinatındn sonra başlanıldı. Hətta əksər opponentlərinin təhsil sahəsinə yad hesab etdikləri cənab Mikayılovun təhsil sahəsində inqilabi hesab ediləcək addımları bu sektorda illərlə kök salmış ətalət qanunlarını yerindən oynatdı, “Misir ehramları”nın kölgəsində uyuyan Azərbaycan təhsilini yerindən dəbərtdi. Sanki reanimasiyada can verən bir xəstəyə oksigen balıncı qoşuldu, nəfəs verildi .
Etiraf edilməlidir ki, bu gün Azərbaycan təhsilində islahat hesab edilən bütün addımalr məhz M.Cabbarovun dövründə atılıb. Ondan sonra sadəcə olaraq imitasiya xatirinə görüntülər sərgilənib.
Heç kimə sirr deyil ki. E.Əmrullayev məhz M.Cabbarovun islahat xəttinini davamçısı olaraq görəvə gətirilib. Çox heyif ki, təhsil sektoruna yaxın hesab edilən bu şəxs nəinki etimadı doğrultmağı bacardı, hətta nazirlikdə at oynadan qruplaşmaların əlində oyuncağa çevrildi. Bir məktəb direktorunu vəzifədən azad edəcək qədər səlahiyyətə malik olmayan nazirin hansısa islahata imza atacağını gözləyirsinizmi? Adi bir institut rəhbəri vəifəsini doğru-dürüst yerinə yetirə bilməyən bir şəxsin ölkədə inqilabi dəyişikliklərə imza atacağına inanırsınızmı?
İnanmırsınız... Məhz bu səbəbdən də Azərbaycan təhsili bu günkü tragikomik vəziyyətdədir. Kiminsə “sevimli kadrı” olmaq o demək deyil ki, sən əvəzedilməzsən. İdarə olunanların idarə etməsi heç zaman mümkün olamayıb. İdarə olunanların əli ilə Azərbaycan təhsilini məhv etməyin lütfən...
Geniş ictimaiyyət arasında aparılan sorğu göstərir ki, cəmiyyətdə E.Əmrullayevin fəaliyyətindən kifayət qədər narazılıq hökm sürür. Bunu dövlətin strateji araşdırma mərkəzləri nəzərə almalıdır, böyük bir müəllim ordusunun alçaldılmasına, narazı duruma salınmasına susmamalıdır. .
//rubrika.az//
Geri qayıt