Əsas Səhifə > Cəmiyyət, Manşet > Hakimiyyətin üst düzəyində Elşad Abdullayev polemikası

Hakimiyyətin üst düzəyində Elşad Abdullayev polemikası


10-02-2014, 11:43
Hakimiyyətin üst düzəyində Elşad Abdullayev polemikası
DİA.AZ: - Bir neçə il əvvəl və həm də uzun müddətə ölkənin siyasi gündəmində zəlzələ effekti yaradan keçmiş ABU rektoru Elşad Abdullayevlə bağlı yeni gəlişmə var. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər ötürüb.

Redaksiyamıza verilən insormasiyadan aydın olur ki, keçmiş rektorla bağlı müəmmalı şəraitə birdəfəlik olaraq son verilə bilər: «Məlumdur ki, Elşad Abdullayev hakimiyyətin çox ciddi fiqurlarına qarşa böyük bir kampaniya apardı. Amma bunun müqabilində ona qarşı faktiki olaraq heç bir addım atılmadı. Əksinə onun söylədikləri əsasında həbslər həyata keçirildi, tədbirlər görüldü.

Bu fakt isə Elşad Abdullayevə iqtidar daxilindən verilən dəstəyin ciddi əhəmiyyət daşıması anlamına gəlirdi. Eyni zamanda belə bir təəssürat yarandı ki, Elşad Abdullayev özbaşına deyil, Onu himayə edənlər var və bu qüvvələr hakimiyyətdə qərarlaşıblar. Çünki hakimiyyətdə olmadan Elşad Abdullayevi bu şəkildə qoruma imkansız idi. Halbuki keçmiş rektor artıq təkcə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi və ona yaxın olan şəxsləri deyil, həm də bütünlükdə olaraq hakimiyyətin özünü hədəfə çevirmişdi».

Mənbəmiz bildirir ki, buna rəğmən sabiq rektora dəstək verən güclər onu bugünkü ana qədər qoruya biliblər: «Lakin vəziyyət dəyişə bilər. Çünki hələ də hakimiyyətin Elşad Abdullayevlə bağlı olaya konkret qiyməti aydın deyil. Yəni rəsmi Bakı bu olayları necə dəyərləndirir? Kimsə bu barədə net danışa bilməz. Yalnız Elşad Abdullayevin sözü ilə həyata keçirilən həbslər var. Digər yandan isə onun özü beynəlxalq axtarışa verilib. Ən azından bu, elan olunur. Amma ardından məlum olur ki, Elşad Abdullayev yalnız Azərbaycan hüdudları daxilində beynəlxalq axtarışdadır. Bu da vəziyyətin qeyri-müəyyənliyinin nəticəsidir».

Mənbəmiz iddia edir ki, yaxın günlərdə dəyişiklik olacaq: «Bu dəyişiklik özünü hansı formatda təzahür etdirəcək dəqiq bəlli deyil. Amma hakimiyyət dəhlizlərində gəzən söhbətlərdən aydın olur ki, vəziyyət, Elşad Abdullayevlə bağlı yaranmış situasiya «yuxarılar» tərəfindən ciddi şəkildə müzakirə olunub. Qərarın kimin xeyrinə olacağını isə zamanında görə biləcəyik».

Geri qayıt