Əsas Səhifə > Cəmiyyət, Manşet > ”Fikrət Qafarov məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə…”

”Fikrət Qafarov məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə…”


21-08-2023, 08:52
”Fikrət Qafarov məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə…”
Bir ay öncə Prezidentin sərəncamı ilə Azərbaycanda cəzaçəkmə yerlərini idarə edən dövlət qurumunun – Penitensiar Xidmətin (PX) rəhbərliyində dəyişikliklər edildi. Ədliyyə general-mayoru Ceyhun Həsənov ədliyyə nazirinin müavini, eyni zamanda Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edildi və əvvəllər həmin idarənin əməliyyat rejiminin rəisi vəzifəsində çalışmış Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edildi. Məlumat üçün bildirək ki, Ədliyyə polkovniki Mirsaleh Seyidov 2016-cı ildən penitensiar sistemdə əməliyyat-rejim işinə rəhbərlik edib, böyük agenturaya və hər koloniyada işçilərin davranışı və işlərin vəziyyəti barədə məxfi məlumatlara malikdir. Şübhəsiz ki, qazanılan təcrübə və toplanmış məlumatlar yeni rəisə kömək edəcək. İctimai rəydə də M.Seyidovun penitensiar sistemdə müsbət nəticələr əldə edəcəyinə inam böyükdür. Ancaq sözügedən idarə ilə bağlı digər bir təyinat əks fikirlərə yol açır. Belə ki, bu günlərdə

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilib. Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb. Əmrə əsasən, idarənin rəisi vəzifəsinə Fikrət Qafarov təyinat alıb. Qeyd edək ki, o, bu təyinatadək 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi işləyib. Məsələ burasındadır ki, F.Qafarov rəsi işlədiyi bütün cəzaçəkmə müəssisələrində qəddarlığı ilə tanınıb və “işgəncə kralı” kimi ad çıxarıb. F.Qafarovun bu günədək fəaliyyəti haqda yüzlərcə şikayət məktubundan məlumatlı olan mənbə deyir: ““Artıq biz buna öyrəşmişik. Cinayətkar, qatil hərəkətlərinə yol verən həbsxana rəisləri ya başqa müəssisəyə göndərilir, ya yüksək vəzifəyə göndərilir, ya da təqaüdlə cəzalandırılır. Bütün bu hallar məhbus və məhbus yaxınlarının həbsxanada baş verən problemlər barədə şikayət və müraciətlər araşdırılıb, ərizəçiyə cavab vermək üçün məhz ondan şikayət olunan həbsxana rəisinə göndərilməsinin nəticəsidir. Çox təəssüflər olsun ki, məhbus və yaxınlarının Ədliyyə Nazirliyinə, Penitensiar Xidməti İdarəsinə, Ombudsmana, hətta Dövlət Başçısına, əlaqədar dövlət strukturlarına müraciət və şikayətləri də eyni ilə araşdırılması üçün həmin cinayətkar həbsxana rəisinə göndərir. Rəis də artıq hazır saxladığı şablon, saxta ittihamlarla işgəncələrə məruz qoyduğu məhbusun şikayətinə cavab verir. Fikrət Qafarov da öz fəaliyyətində eyni üsuldan istifadə edib. Əgər həbsxana rəisinin kobud qanun pozuntuları və digər cinayət tərkibli hərəkətlərini məhz həmin rəisi araşdıracaqsa, istər Ədliyyə Nazirliyində, istərsə də Pentensiar Xidmətdə, ən ağrılısı isə Ombudsmanın yüzlərlə yüksək maaşla vəzifəyə təyin olunan təhqiqtçıları, müstəntiqləri və digər hüquq-mühafizə orqanlarının işçiləri nəyə görə dövlətdən ən yüksək maaş alaraq, vəzifə sahibi olurlar”

Adının çəkilməsini istəməyən başqa bir məhbus yaxını isə deyir: “Fikrət Qafarov qanun çərçivəsində vəzifə səlahiyyətlərinin icrasına yox, məhz xüsusi göstərişlə məhbusları qəddar işgəncələrlə özünəqəsd vəziyyətinə təhrik etməyə, saxlanma şəraitindən şikayət edən məhbuslara qarşı amansız olmaq tapşırığını icra etmək üçün təyin olunduğunun şahidi olduq. Tabeliyində olan həbsxana personalından istifadə edərək, məhbuslar barəsində, utanıb-çəkinmədən saxta ittihamlar tərtib etmək peşəsinin sahibi, çoxsaylı məhbus və məhbus yaxınlarının Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə faktlarla edilən müraciətlərə bu günə kimi Penitensiar Xidmətindən tamamilə həqiqətə uyqun olmayan saxta cavablar almışıq. Fikrət Qafarov qanuna müvafiq qaydada məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə, ayrı-ayrı cəzaçəkmə müəssisəsini qaydaya salmaq üçün rəis göndərilməsi biz məhbus yaxınlarını dəhşətə gətirirdi. İndi isə onun Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinə rəis təyin edilməsi o təəsüratı yaradır ki, , Fikrət Qafarovun xüsusi işgəncə metodları artıq bütünı cəzaçəkmə müəssisələrin daha səmərəli istifadə olunaraq, çox məhbuslara qənim kəsiləcək. Qobustan həbsxanasında ağır şəraitdə saxlanılan imkansız məhbusların şəraitini daha dözümsüz edən həbsxana rəisi Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə bütün müraciətlər nəticəsiz qalaraq, ona gözün üstə qaşın var deyən olmadı. Məsuliyyətə cəlb edilməsi əvəzinə, ona səlahiyyətindən sui-istifadə edərək, məhbuslara qarşı qəddarlıqlarını davam etdirməyə şərait yaradılıb. Bu səbəbdən məhbus yaxınları olaraq Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirik. Müraciətimizdə həbsxana rəisi Fikrət Qafarovun barəsində heç olmasa bir dəfə də olsun qanun çərçivəsində tədbir görməlməməsi, məhbuslara qarşı qeyri-insani qəddarlıqların davam etdirilməsinin qarşısının almaq üçün tədbir görülməsinə kömək etməsini xahiş edirik”
//aztoday.az//
Geri qayıt