Əsas Səhifə > Cəmiyyət, Manşet > Baş həkimi də başçı kimi yaxından çəkən lazım...

Baş həkimi də başçı kimi yaxından çəkən lazım...


24-08-2023, 10:17
Baş həkimi də başçı kimi yaxından çəkən lazım...
Sizə kimdən deyək, kimdən danışaq — Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Etibar Hüseynovdan. Sən demə, Etibar həkimə nəinki xəstələri, hətta heç öz həkim həmkarlarını, ələlxüsus da tibb bacılarını etibar etmək olmazmış!..

Əlqərəz, xəstəxananın koridorlarından sızan məlumatlara görə, baş həkim əvvəlcədən planlaşdırdığı fikri həyata keçirmək üçün 06.07.2023-cü il tarixdə xəstəxananın tibb bacısı Hacıyeva Vüsalə Əfraim qızını öz iş otağına çağıraraq, ona «pis təklif» etmişdir. Dirəniş gördükdə, qadına zor tətbiq edərək müqavimətini qırmağa çalışmış, qollarından tutaraq qeyri — etik hərəkətlər etmiş, onu zorakılığa məruz qoymuşdur. Yəqin, fikirləşib ki, bu aralar Gədəbəy camaatının və rayon rəhbərliyinin başı daha vacib işlərə qarışıqdı, onun ərköyünlüyünü görməzdən gələrlər.

Lakin Vüsalə Hacıyeva təcavüzkarın əlindən çıxmağa müvəffəq olub dəhlizə qaçmış və Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq yardım istəmiş, şikayət etmişdir.

Baş həkimi də başçı kimi yaxından çəkən lazım...

Bundan başqa, zərərçəkmiş Vüsalə Hacıyeva Gədəbəy rayon Tibbi — Ekspertiza Mərkəzindən üzərində müşahidə olunan zorakılıq əlamətləri haqqında rəy alaraq Gədəbəy Rayon Polis Şöbəsinə təqdim etmişdir.

“Didarı yaman” olan baş həkim Etibar Hüseynovun bu qeyri-etik əməli haqqında nə Səhiyyə Nazirliyində, nə də ki DİN-də heç bir tədbir görülmür… Deyəsən, heç görmək fikirləri də yoxdur. İcabri Sığorta üzrə Dövlət Agentliyi isə vətəndaş Hacıyevanın şikayətini “aidiyyəti üzrə baxılması üçün” TƏBİB-ə göndərməklə kifayətlənmişdir. TƏBİB-dən nə gözləmək olar: Uzaqbaşı Birlik də öz növbəsində şikayəti baxılması üçün rayon xəstəxanasına, yəni, Etibar Hüseynova göndərəcək. O da barəsində deyilənləri təkzib edəcək, hətta “qara məni basınca, qoy qaranı mən basım” deyib tibb bacısını şər-böhtan atmaqda suçlamağa cəhd edəcək.

Bu məsələni nəzarətimizdə saxlayacayıq.

Deryaz.az

Geri qayıt