Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazirə güvənən Ağsunun icra başçısı sahibkarlara qadağa da qoyur

Nazirə güvənən Ağsunun icra başçısı sahibkarlara qadağa da qoyur


13-02-2014, 15:09
Nazirə güvənən Ağsunun icra başçısı sahibkarlara qadağa da qoyur
DİA.AZ: - Redaksiyamıza Ağsu rayonundan bir şikayət məktubu daxil olub. Rayon sakinləri adından yazılan məktubda bu gün Ağsudakı problemlərə diqqət çəkilir. Narazı vətəndaşlar DİA.AZ-a yazır:

«Azərbaycanın bir çox rayonlarında bəlkə də problemlər eynidir. Amma Ağsuda bir özəllik də var ki, 2007-ci ildən bu yana rayonumuz Ənvər Seyidəliyev və onun yaxın qohumlarının işğalı altındadır. Bəli, rəsmən işğaldır. Bu gün rayonda bütün gəlirli yerlərə icra başçısının ya özünün, ya da adamlarının nəzarət edir. Hətta kimsə başçının icazəsi olmadan onun monapolyasında olan hansısa sahəyə girə də bilməz. Nə qədər pulunun olması fərq eləmir».

Sakinlər bildirir ki, bu günlərdə yerli sahibkarlardan biri şadlıq sarayı tikmək üçün rayon mərkəzinə yaxın ərazidəki boş torpaq sahəsini almaq istəyib: «Bu söhbəti Ağsuda hər kəs bilir. Rəsmi qaydada birbaşa olaraq başçı tərəfindən deyilib ki, həmin yer artıq başqasına verilib. Və sahibkara həm də o bildirilib ki, ümumiyyətlə, şadlıq sarayı tikə bilməz».

Sakinlər əlavə ediblər ki, bu gün Ənvər Seyidəliyev birbaşa olaraq nazir təyin olunan qohumu Səlim Müslümovun çətiri altındadır: «Hər yerdə bu addan istifadə edir. Hətta rayondakı rəqiblərini də eyni qaydada hədələyir və çatana deyir ki, daha onlara zaval yoxdur. Səlim Müslümov nə qədər vəzifə başındadır, ona da toxunan olmayacaq».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt