Əsas Səhifə > Cəmiyyət, Manşet > Mirsaleh Seyidovun Penitensiar sistemə VURDUĞU MÖHÜR...

Mirsaleh Seyidovun Penitensiar sistemə VURDUĞU MÖHÜR...


11-09-2023, 10:03
Mirsaleh Seyidovun Penitensiar sistemə VURDUĞU MÖHÜR...
CƏZA və MÜKAFAT bəşəriyyətin yaşı qədər qədimdir. Yəni yaxşı əməllərə görə MÜKAFAT və pis əməllərə görə CƏZA. Bu hətta müqəddəs səmavi, dini kitablarda da təsbit olunub. Bu yazının mövzusu CƏZA ilə, daha dəqiq desək ölkəmizdəki CƏZAÇƏKMƏ müəssisələri ilə bağlıdır. Peyğəmbər əfəndimiz CƏZA-nın düsturunu dəqiq verib: GÖZƏ GÖZ və DİŞƏ DİŞ. Yəni sənin ixtiyarın yoxdur ki, hətta ən qatı cinayətkarlara layiq olduğundan artıq cəza verəsən.
Axı, sənə kim ixtiyar verib ki, məhkəmə tərəfindən konkret cəza alan məhbusun NƏFƏSLİYİNİ bağlayasan, onu hava udmaqdan məhrum edəsən, yəni HAVA-nı da məhbuslara pulla satasan... Bu yazını qələmə almaqda məqsədimiz Ölkə Başçımız, cənab Prezidentimiz, Qalib Ali Baş Komandanımız, Partiya Rəhbərimiz, cənab İlham Əliyevi Cəzaçəkmə Müəssisələrində baş verən hadisələrlə yaxından tanış etməkdir. Məramımız bir vətəndaş kimi baş verənləri olduğu kimi cənab Prezitentimizə çatdırmaq və təhlükəsizliyimizin təmin olunmasını istəməkdir.
Bəli, bütün bunlar neçə illərdir ki, ölkəmizin Cəzaçəkmə Müəssisələrində adi hal alıb, yəni normaya çevrilib. Belə “HAVA SATAN” Cəzaçəkmə Müəssisələrindən biri, bəlkə də birincisi Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 10 Saylı Cəzaçəkmə Müəssisəsidir.
Bir daha qeyd etmək istəyirik ki, məhbusun cəzası müəyyən müddətə onu cəmiyyətdən təcrid etməkdir. Ancaq onu ailəsinin üzvlərindən, doğmalarından təcrid etmək deyil. Bu insanlığa yad olan məsələdir. Bu gün həbsxanalarımızda müxtəlif millətlərin nümayəndələri ilə yanaşı qatı düşmənimiz olan erməni terrorçuları da var, məgər onlara işgəncə verilir..? Yoox. Lazım gələndə tibbi yardım göstərilir, ailəsi ilə məktublaşmağa icazə verilir.
Bütün bunlar dövlətimizin beynəlxalq imicini yüksəldir. Amma öz məmurlarımız vətəndaşlarımıza etdikləri mənfi xidmətlərlə dövlətimizin imicinə xələl gətirir.
Məlumdur ki, bir müddət əvvəl Prezidentimizin sərəncamı ilə Azərbaycanda cəzaçəkmə yerlərini idarə edən dövlət qurumunun – Penitensiar Xidmətin (PX) rəhbərliyində dəyişikliklər edildi. Ədliyyə general-mayoru Ceyhun Həsənov Ədliyyə Nazirinin müavini, eyni zamanda Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edildi və əvvəllər həmin idarənin Əməliyyat Rejiminin rəisi vəzifəsində çalışmış Mirsaleh Seyidov Penitensiar Xidmətin rəisi vəzifəsinə təyin edildi. Çox gözəl, biz də ona sevinirik.
Məlumat üçün bildirək ki, Ədliyyə polkovniki Mirsaleh Seyidov 2016-cı ildən penitensiar sistemdə Əməliyyat-rejim işinə rəhbərlik edib. Məlumat üçün onu da qeyd edək ki, 10 saylı Cəzaçəkmə Müəsisəsinin rəisi Fikrət Qafarov isə Ədliyyə Naziri Fikrət Məmmədovun əmri ilə Əməliyyat-Rejim idarəsinə rəis təyin edilib. Bizim bu yazını yazmaqda nə Fikrət Qafarovla, nə də Mirsaleh Seyidovla işimiz yoxdur. Bizim deyəcəyimiz odur ki, neçə illərdir ki, 10 saylı Cəzaçəkmə Müəssisəsi kimlərinsə şəxsi biznesinə çevrilib.
Bəli, burada hava udmaq pulla, ailə üzvləri ilə telefon danışığı pulla,.. Bütün hər şey pulla. Baxın, Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsində təxminən 2000-ə yaxın cəza çəkən şəxslər var.
Hörmətli oxucular biz indi həmin Cəzaçəkmə Müəssisəsində cəza çəkən şəxslərin yaşayışı üçün bölünmüş ərazilərlə və onların qiymətləri ilə sizi tanış edəcəyik.
1. Kod-Barak pulla (hər bir adam üçün giriş 3000-5000 arası, aylıq da hər adam üçün 200 manat, 42 nəfər, aylıq bir barakdan 8400 manat + 5000 manat + 210 000 manat giriş + 350 manat hər ay kondisioner pulu)
2. Sport-Barak pulla (hər bir adam üçün giriş 5000-6000 arası, aylıq da hər adam üçün 200 manat, 28 nəfər, 5600 manat + 6000 manat + 168 000 manat giriş + 350 manat kondisioner pulu)
3. Məktəb-Barak pulla (hər bir adam üçün girişi 7000-8000 arası, aylıq da 300 manat, 12 nəfər Məktəb-Barakda qalır, 3600 manat + 8000 manat + 3 otaq hər bir otaq üçün 200 manat kondisioner pulu + 200 manat televizor pulu + 96 000 manat giriş )
4. “Sançast” pulla (10000 manat giriş, aylıq 1000 manat, 2 ədəd tək otaqlı, 2 ədəd də 3 nəfərlik, 4 ədəd 2 nəfərlik, 1 ədəd 7 nəfərlik guya xəstələr üçün, onlardan da hər birindən 400 manat alınır, o birilər isə 1000 manatdır, ),
5. Klubun qabağında açılan Təzə-Barak, Kod-Barakla Kitabxananın arası (giriş 3500 manat, aylıq 200 manat, 26 nəfər yaşayır, 5200 manat + 3500 manat + 91 000 manat giriş )
6. Kent-Barak pulla (aylıq kondisionerin qiyməti 350 manat, giriş 2000 manat, aylıq yoxdur )
7. 4-cü dəstənin olduğu Barak pulla ( giriş 1500 manat, aylıq yoxdur )
10 saylı Cəzaçəkmə Müəssisəsində kafe, restoran fəaliyyət göstərir, bir çaynik çay 3 manatdır. Burada kababdan tutmuş quş südündən olan torta qədər, yəni hər şey tapmaq olar. Dustaqlara dövlət xətti ilə verilən bütün ərzaq və geyim əşyaları ( ikralar, kompotlar, alt-üst geyimləri, sabunlar, siqaretlər, üzqırxanlar, kremlər və s ) hamısı "laryok" (türmədə köşkə laryok deyirlər) deyilən yerdə satılır. Burada hər şey tapmaq olar, ancaq qızıl qiymətinə. "Prom" deyilən yeri dustaqlar "Tarqovı" adlandırırlar. Orada ancaq icra başçıları və imkanlı şəxslər böyük pullar hesabına yaşayır. "Prom" da 6 yaşayış otağı mövcuddur. Buradakı yaşayış mənzillərinə giriş 20 000 manat, hər ay 3000-3500 manat, 5000 manat verəndə olur. "Promda yaşayanların hər birinin telefonu vardır, o telefonlar gecə-gündüz otaqlarındadır. Səhər-səhər sıra baxışında kim danışırsa və ya axşam "Braqa" içibsə, narkotik istifadə edibsə "o tərəf"ə keçirilirlər və haqq-hesab olunduqdan sonra "Zona" buraxılır. Saç saxladınsa hər ay 10-20 manat verməlisən. Geyim, əgər "Vorabskoy" geyinmək istəyirsənsə ayda 500 manat verməlisən. Döşəklər, döşək ağları pulla satılır. Dava-dalaş oldusa kütləvi şəkildə o tərəfə keçirdirlər, karsa salırlar, pul aldıqdan sonra "Zona" buraxırlar. Məhkəməyə çıxmaq pulladır, özüdə komissiya yaradılır, həmin komissiya müsbət rəy vermək üçün külli miqdarda pul alır. 10 saylı Cəzaçəkmə Müəssisəsində "TAXTA BARAK" deyilən bir Barak da mövcuddur. Bu Barak isə pulsuzlar üçündür... Bu Barakda yaşayanların bir qismi yeməkxanada yemək yeyirlər. Təsəvvür edin ki, 10 saylı Cəzaçəkmə Müəssisəsinin 2000 nəfərə yaxın dustağı olsa da, 2000 nəfərə yaxın cəza çəkən şəxslərə ərzaq, yemək ayrılsa da, yeməkxanada 70 nəfərə yaxın cəza çəkən yemək yeyir. Ərzaq bazasından ayrılan ərzağın hesabatı aparılsa və bir aylıq həbsxanalarda yeməkxanaların yoxlamaları aparılsa böyük yeyinti halları ortalığa çıxacaq.
Sözümüzün canı odur ki, hörmətli Mirsaleh müəllim 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək siz 10 saylı Cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləmisiniz. Sizdən bir müddət sonra isə, həmin müəssisəyə sizin əvvəlki vəzifənizə təyin olunan Fikrət Qafarov rəhbərlik edib. Fikrət Qafarovun dövründə isə 10 saylı Cəzaçəkmə Müəssisəsinə Emin Cəfərovu müavin təyin ediblər. Hal-hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində rəis vəzifəsini Emin Cəfərov icra edir və həmin pulları Emin Cəfərov yığır. Hörmətli Mirsaleh müəllim, neçə illərdir ki, bu müəssisədə sadaladığım faktlar bu günə qədər davam edir. Guya bu neçə illər ərzində biz yazdıqlarımızı heç kim görmür? Guya heç kim görmür ki, 10 saylı Cəzaçəkmə Müəssisəsində 1 gündə ancaq telefondan 28 000 manat pul yığılır?
Cənab Mirsaleh Seyidov bütün bunları fakt olaraq biz yazdıq, araşdırması isə sizin vəzifə borcunuzdur. Unutmayın ki, cənab Prezidentimiz sizə mühüm vəzifəni etibar edib. Biz inanırıq ki, Mirsaleh Seyidov əvvəlki kimi susmağa üstünlük verməyəcək, sadalanan faktları yerində araşdıraraq cəzalanacaq şəxslərin hər birinin yerini göstərəcək. Mirsaleh Seyidova Ulu Öndərimiz Heydər Əliyevin bir məsələni də xatırlatmaq istəyirik. "Görünən tərəfləri mən görürəm, görünməyən tərəfləri siz mənə göstərin". Biz də görünməyən tərəfləri nöqtə-vergülünə qədər Mirsaleh Seyidova göstərdik. Bundan sonrakı məsələlər bizlik deyil.
Bir daha qeyd etmək istəyirik ki, bizim cənab Mirsaleh Seyidovla, Fikrət Qafarovla, Oktay Məmmədovla zərrə qədər də olsa problemimiz yoxdur. Sadəcə, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun getməyi ilə Cəzaçəkmə Müsəssisələrinin guya cənnətə çevriləcəyini düşünənlər bilsinlər ki, Cəzaçəkmə Müəssisələrində hələ də "TAXTA-BARAK"LAR fəaliyyət göstərir. Xaricdən gələn xarici qonaqlar həmin Baraklara girəndə dövlətimizin imici haqqında nələr düşünürlər. Heç olmasa dövlətimizin imicinə yaraşmayan, o biabırçı, bir qığılcımdan külə dönə biləcək "TAXTA BARAK"-ları yığışdırın, cənab Mirsaleh Seyidovlar...
Sonda Penitensiar Xidmətin yeni rəisinə üz tutub deyirik: Mirsaleh Seyidov, and olsun Ağabəy müəllimin ruhuna ki, 10 saylı Cəzaçəkmə Müəssisəsində heç nə dəyişməyib...
P.S. Bir zamanlar dostlarımızdan biri deyirdi ki, kül o rəisin başına ki, onun azadlıqda hər bir tapşırığını yerinə yetirə biləcək dustağı olmasın. Rəis üçün ən qəbahət sayılacaq ifadə.
//gundelik-baku.com//
Geri qayıt