Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvanda kimsənin haqqı yoxdur... işçinin isə HEÇ YOXDUR...

Naxçıvanda kimsənin haqqı yoxdur... işçinin isə HEÇ YOXDUR...


22-09-2023, 11:04
Naxçıvanda kimsənin haqqı yoxdur... işçinin isə HEÇ YOXDUR...
"Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxs iyulda ləğv edildikdən sonra burada çalışan 40 nəfərə yaxın şəxs işsiz qalıb. Üstündən iki aydan artıq vaxt keçməsinə baxmayaraq, onlara işlərini itirdiklərinə görə veriləcək təzminat ödənməyib. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a mərkəzin keçmiş işçilərinin özləri məlumat verib.
Şikayətçilərin bildirdiyinə görə, onlardan bir neçə nəfəri mərkəz ləğv edildikdən sonra təhvil-təslim işlərini tamamlamaq üçün bir ay əlavə işləyiblər. Onlar təzminatdan əlavə, həmin bir ayın maaşını da ala bilmirlər.
Şikayətçilərdəm B.M. bildirir ki, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də nəticəsi olmayıb:
“Hara gedirik, xeyri yoxdur. Bu gün sabah edirlər. Toxumçuluq Mərkəzi ləğv ediləndə İqtisadi İnkişaf Nazrliyi söz verdi ki, bizi ya işlə təmin edəcəklər, ya da kompensasiya ödəyəcəklər. Lakin iki aydan artıq vaxt keçir, bizimlə maraqlanan yoxdur, deyirlər ki, pul yoxdur. Ailəmizi dolandıra bilmirik. Borc borc üstünə yığılır. İş də tapa bilmirik. Məktəblər açılır, uşaqlarımıza məktəbli ləvazimatı almağa pulumuz yoxdur. Nə edəcəyimizi də bilmirik. Çıxılmaz bir vəziyyətə düşmüşük”.
Adının çəkilməsini istəməyən digər şikayətçi isə deyir ki, əslində müəssisənin balansında qalmış tonlarla taxılı satıb, onların maaşını ödəyə bilərlər:
“Mərkəzdə işləyənlərin çoxu yaşlı nəsildir. Uzun illərdir orada işləyirlər. Staja görə fərqli məbləğdə kompensasiya almalıdırlar. Deyirlər ki, mərkəzin fondunda pul yoxdur, 200 min ton taxıl vardır. Əvvəlcə dedilər ki, buğdanı satıb bizim təzminatımızı ödəyəcəklər. İndi də deyirlər ki, dəyirmanlar ucuz aldığına görə buğdanı sata bilmirik. Bu bir bəhanədir. Sata bilmirlərsə, kompensasiyamızı hesablayıb əvəzində buğda versinlər. Bunu da etmirlər”.
"Naxçıvan Toxumçuluq Mərkəzi" publik hüquqi şəxsi bu ilin iyul ayında ləğv edilib və əmlakı Naxçıvanın Kənd Təsərrüfatı Naziliyinə verilib.

Geri qayıt