Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvanda süni AJİOTAJI KİMLƏR YARADIR?
Naxçıvanda süni AJİOTAJI KİMLƏR YARADIR?23-09-2023, 09:58 |
DİA.AZ: - "Bu həssas dönəmdə Naxçıvanda sabitliyi pozmaq, əhali arasında təşviş yaradacaq məlumatları yayanlar mütləq cəzalanmalıdır. Bildirməliyəm ki, bu gün Naxçıvanın ictimai asayişi və təhlükəsizliyi tam təmin edilir. Gəlin, dəqiqləşdirilməmiş, mənbəyi bilinməyən məlumatlara inanmayaq". DİA.AZ bildirir ki, bunu son zamanlar muxtar respublikada kimlərinsə məqsədli şəkildə süni ajiotaj yaratma istəyində olduğuna reaksiya verən ictimai fəal Sara Əzimova bildirib. O daha sonra əlavə edib: "Hansısa şirkətin əməkdaşları su filtirlərinin reklamı məqsədi ilə hamının qapısını döyür. Bizə də gəlmişdilər. Bu ayrı məsələ. Bunu keçdik. O xəbərləri whatsapp statuslarına yerləşdirənlərə bir sualım var: Mənbəyi məlum olmayan bu cür xəbərlərə necə inana bilirsiniz? Hansı ailənin uşağının oğurlanmasına cəhd göstərilib. Hətta yazılır ki, uşaq oğurularından biri tutulub. Kimdir? Harada? Necə?" Onu da qeyd edək ki, olayla bağlı Naxçıvan polisinin xüsusi açıqlamasının olacağı da deyilir. *** Naxçıvan Daxili İşlər Nazirliyi muxtar respublikada uşaq oğurluğu hallarının olması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları təkzib edib. Qurumdan bildirilib ki, bununla bağlı məlumatlar həqiqəti əks etdirmir. "Naxçıvan Muxtar Respublikasında uşaq oğrularının dolaşması barədə "WhatsApp" hesabları vasitəsilə insanlara göndərilən xəbərlər tamamilə dezinformasiyadır", - nazirlikdən qeyd olunub. Xatırladaq ki, "WhatsApp" proqramı vasitəsilə sakinlərə Naxçıvanda uşaq oğrularının olduğu barədə mesajlar göndərilib. İddiaya görə, naməlum şəxslər Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir. Geri qayıt |