Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycan Qarabağla bağlı sülh danışıqlarından imtina edir

Azərbaycan Qarabağla bağlı sülh danışıqlarından imtina edir


17-02-2014, 11:53
Azərbaycan Qarabağla bağlı sülh danışıqlarından imtina edir
DİA.AZ: - «Qarabağın işğaldan azad edilməsilə bağlı rəsmi Bakı aktiv təzyiqli diplomatik fəaliyət dövrünə tədarük görür». Bu barədə məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbə verib.

Bildirilir ki, gələn ayın əvvəlindən etibarən Azərbaycan hakimiyyəti dünyada nüfuz sahibi olan təşkilat və dövlətlərlə intensiv danışıqlara start verir: «Danışıqlar açıq və qapalı müstəvilərdə aparılacaq. Yeganə hədəf Azərbaycanın Qarabağ maraqlarının beynəlxalq aləmdə tam və yekun olaraq oturdulmasından gedir. Yəni başlıca maraq ondan ibarətdir ki, rəsmi Bakı Qarabağ bağlı siyasətinin qətiləşmiş konturlarını diqqətlərə çatdırır».

Bunun çox mühüm bir proses olduğunu bildirən mənbəmizin sözlərinə görə, əslində bu hadisə həm də Azərbaycan dövlətinin Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq güclərin təşkil etdiyi sülh danışıqlarına olan inamsızlığının da göstəricisi kimi qəbul edilməlidir:

«Yəni rəsmi Bakı net olaraq mövqeyini ifadə edib, kənara çəkilir. Təbii ki, bu o deməkdir ki, Azərbaycan problemin həllini məhz bu çərçivədə görür, əlavə fikir və redaktələr qəbuledilməzdir. Əgər beynəlxalq təşkilatların bu mövqenin təminatı ilə bağlı hansısa təşəbbüsü və qərarı olacaqsa rəsmi Bakı o halda əməkdaşlığını davam etdirəcək».

Mənbəmizin sözlərinə görə, Azərbaycanın bu addımını sülh danışıqlarını durdurması təşəbbüsü kimi də dəyərləndirmək olar.

Geri qayıt