Əsas Səhifə > Cəmiyyət, Manşet > Mikayıl Cabbarov hədəfə çevrilən müəllimləri ilginc taktika ila mühafizə edir

Mikayıl Cabbarov hədəfə çevrilən müəllimləri ilginc taktika ila mühafizə edir


18-02-2014, 11:31
Mikayıl Cabbarov hədəfə çevrilən müəllimləri ilginc taktika ila mühafizə edir
DİA.AZ: - Bu günlərdə bəlli oldu ki, Təhsil Nazirliyi tərəfindən pedaqoji kadr hazırlığı aparan bir sıra kolleclərin fəaliyyəti yoxlanılıb. Verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrində pedaqoji kadr hazırlığı ilə bağlı vəziyyəti yerində araşdırmaq məqsədi ilə cari ilin yanvar ayının sonlarında Lənkəran Dövlət Humanitar, Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərində yoxlamalar keçirilib.

Yoxlamalar zamanı kolleclərin fəaliyyətində akademik və maliyyə pozuntu hallarına yol verildiyi, normativ hüquqi aktlarının tələblərinə əməl olunmadığı müəyyən edilib.

Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqazidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib. Tədris və imtahan proseslərinin normal gedişini təmin edə bilmədikləri üçün Astara Pedaqoji və Şirvan Dövlət İqtisadiyyat və Humanitar kolleclərinin direktorlarına sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunub.

Bildirək ki, təhsil nazirliyi bu addımı o zaman atdı ki, artıq kolleclərdəki özbaşınalıqlarla bağlı mətbuatda böyük ajiotaj qaldırılmışdı. Bununla əlaqədar DİA.AZ-a daxil olan informasiyada bildirilir ki, Mikayıl Cabbarov yaranmış vəziyyətin onun əleyhinə istifadə olunmaması üçün bu qərarı verib. Çünki artıq hüquq-mühafizə orqanları hərəkətə keçərək qeyd olunan istiqamətdə taramaya başlamışdılar. Nazir bu yolla sanki yaranmış gərginliyi azaltmağa çalışdı. Eyni zamanda adı bir çox qanunsuz əməllərdə hallandırılan məmurlarını daha böyük təhlükələrdən sığortalamış oldu.

Nazirlikdəki qaynaq iddia edir ki, eyni qaydada özəl ali təhsil ocaqlarında da yoxlamaların həyata keçirilməsi planlaşdırılır: «Əslində bu da onların rəhbərlərinin qorunmalarına hesablanmış addımdır. Çünki nazirliyə çatan məlumatlara görə, bu gün ölkənin tanınmış özəl ali məktəblərindən birinin rəhbərliyinə qarşı əməliyyat hazırlanır. Buna görə də Mikayıl Cabbarov həmin ali təhsil ocağı heyətini qoruması üçün və həm də baş verəcəklərin onun nazirliyinin əleyhinə çevrilməməsi üçün qabaqlayıcı tədbirlərə əl atmağı planlayır. Artıq nazirlikdən barəsində danışılan ali məktəbə yoxlama da göndərilib».

Bildirək ki, söhbətin hansı özəl ali məktəbdən getdiyini dəqiqləşdirməyə çalışırıq və yaxın vaxtlarda əlavə bilgiləri təqdim edəcəyik.

Geri qayıt