Əsas Səhifə > Cəmiyyət, Manşet > "30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir..."
"30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edir..."20-10-2023, 11:12 |
Azərbaycanda deyirlər ki, təhsil yox səviyyəsindədir və ya yox dərəcəsindədir. Əslində mən bu sözə o vaxtlar o qədər də əhəmiyyət vermirdim, düşünürdüm ki, sözdü də kimsə atıb ortalığa. İndi isə bu qənaətə gəldim ki, bu heç də elə-belə deyilmiş söz deyil. Bu, həqiqətən də belədir. İndi deyəcəksiniz ki, sənin fikrini dəyişdirən nə oldu? İndi mən danışım siz də qulaq asın. Bəli, Bu gün Azərbaycanda təhsil yox səviyyəsindədir. Bunun də səbəbi təhsilin başında duranların təhsildən bixəbər olmasıdır. Doğurdan da təhsilin başında duran nadan, savadsız, təhsildən bixəbər olanda, təhsilimiz də bu gündə olacaq da. Nə isə, keçim əsas məsələyə. Bir gün eşitdim ki, Sumqayıt şəhərində yerləşən Evdə Fərdi Təhsil Mərkəzinə Sevda Əliyevanı direktor əvəzi kimi yüksək bir vəzifəyə qoyublar. Şok keçirməyin nə demək olduğunu mən bu xəbəri eşidəndə öyrəndim. Quruyub qaldım, öz-özümə düşündüm ki, normal insanlarla ünsiyyətdə olmağı bacarmayan Sevda xanım, görəsən sağlamlığı məhdud olan şagirdlərlə necə ünsiyyət quracaq? İki ilə kimi bu vəzifə kürsüsündə oturan bu xanımın yadda qalan tək bir yaxşı işi olmadı. Əksinə müəllimlərdən hər ay müəyyən miqdarda pul tələb etdi, müəllimlərin maaş kartlarına qədər əl uzatdı. Hətta Regional Təhsil İdarəsi tərəfindən keçirilən yoxlama zamanı da bu məktəbdə onlarla möqsan aşkarlandı. Lakin yenə də xanım öz çirkin əməllərindən əl çəkmədi. Necə deyərlər, dəyirman bildiyini edir, çak-çuku baş ağrıdır. Beləcə Sevda xanım öz işinə davam etdi. Və bu işlədiyi müddətdə də direktor kimi təsdiq olunmaq üçün min yola əl atdı. Rüsvət təklif etdi, müəyyən şəxslərə vəzifə təklif etsə də müraciət etdiyi şəxlərin heç biri ona köməklik etmədi. Yanına gələn jurnalistlərə də müəyyən miqdarda pul verərək özü barədə məqalələr hazırlatdı, fəxri fərmanlar, diplomlar yazdırdı. Və bununla da özünü bəzi şəxlərin gözünə soxmağa çalışdı. Lakin onun bu niyyəti də baş tutmadı. Heç cür direktor kimi təsdiq oluna bilməyən Sevda xanım bir gün oturduğu kürsüdən qaldırıldı və bu da bir çoxlarının ürəyindən xəbər verdi. Müəllim kimi fəaliyyətini davam etdirməyə başlayan Sevda xanım mənə maraqlıdır ki, görəsən sağlamlığı məhdud olan bu şagirdlərə heç olmasa nəsə öyrədə bildimi? İnanmıram, axı bu xanımın özü nə bilir ki, şagirdinə də nə öyrətsin?! İki il yuxarıda adını çəkdiyim məktəbə Sevda Əliyeva adlı bir xanım direktorluq edib. Məktəbə ayaq basdığı gündən ancaq pul yığıb. Sevda Əliyeva məktəbə gələnə kimi 500 manata 30 saat dərs alınıbsa, Sevda xanım isə gələndən sonra bu qiymət kəllə çarxa qalxıb. 30 saat dərsə 1500, 36 saat dərsə 2000 manat tələb edib, kimin pulu var verib dərsini alıb. Kimin pulu yoxdursa, deyib ki, sizə dərs düşmür. Xanım özü deyirmiş ki, «mən bura elə-belə gəlməmişəm, məni bura göndəriblər, nazir kimdir mənə göstəriş verə? Mənim arxamda icra başçısı Zakir Fərəcov və təhsil şöbəsinin o zamankı müdiri Arzu Alızadə durub, nə edirəm onların tapşırığıyla edirəm». Sevda Əliyeva dərsləri satıb pulunu zamankı Təhsil Şöbəsinin müdiri Arzu Alızadə ilə bölürmüş. Müəllimlərdən pul yığaraq saytlara, jurnallara verib özü barədə tərif yazıları yazdırıb. Sonra da müəllimlərə deyirmiş ki, hər sayta ayda 200 manat pul verirəm ki, məktəbə dəyməsinlər. Sevda Əliyeva 2 il direktor olduğu vaxtda bir dəfə də dərs keçməyib, məktəbdə oturub ancaq valideynlərə zəng edib deyib ki, «filan müəllimədən imtina edin, yoxsa uşağınız gələn il tibbi komissiyadan keçməyəcək». Tibbi pedaqoji komissiyanın müdiri ilə əlbur olub dediyi ilə razılaşmayan valideynləri də incidib, uşaqlarını məktəbdən uzaqlaşdırmaqla hədələyib. Bu cür yollarla dərsləri müəllimlərdən alıb əvəzetməyə çıxarıb pulunu özünə götürüb. Sevda Əliyeva bu 2 ildə o qədər qanun pozuntusu edib ki, artıq boğaza yığılmış müəllimlər nə edəcəklərini bilməyiblər. İş o yerə çatıb ki, xanım direktorəvəzi məktəbin savadlı müəllimlərini heçə sayaraq başqa məktəblərin müəllimələrini çağırıb ki, gəlin pul verin, sizə dərs verim. Bazar günü məktəblər bağlı olsa da, Sevda Əliyeva dərs bölgüsü eliyib, müəllimlər haqsızlığa etiraz edəndə də, özünə nəsə edib qanını müəllimlərin üstünə tökəcəyini deyir. Bax bu dəhşətdir, bu şəkildə işləyən direktorəvəzini görəsən hansı yaxşı keyfiyyətinə görə gətirib 21 saylı tam orta məktəbə direktorun baş müavini vəzifəsinə qoyublar? Maraqlıdır, təhsildən bixəbər bir xanımı bu gün də Sumqayıtda uğurları ilə ön sıralarda olan bir məktəbə baş direktor müavini vəzifəsinə irəli çəkiblər. Özü də direktor müavinlərinin baş direktor müavini. Adamın lap əti tökülür, hansı ağılla təhsildən bixəbər olan bu xanımı belə bir məktəbə direktor müavinlərinin baş direktor mavini qoyublar bilmədim. Bir də ki, onu qoyan və quyulan bilər. Xanım yəqin ki, təhsil aləminə diplomunu alandan sonra gəlib. Hardan baxsaq 25 bəlkə də 30 ildir. Bu uzun müddət ərzində bu xanımın əslində təhsildən bixəbər olduğu göz qabağındadır. Çünki nə dərs cədvəli qura bilir, nə də başqa bir iş bacarır. Bu xanım ancaq pul qazanmağın, varlanmağın yollarını axtarmaqla məşğuldur. Gözü həmişə onun, bunun əlində olan Sevda xanım uğurlarıyla respublikada ön sıralarda olan 21 saylı orta məktəbi ində başı üstə çevirməyə gəlib və çevirəcək də. Maraqlıdır ki, Regional Təhsil İdarəsinin müdiriyyəti hara baxır, zərrə qədər savadı olmayan bu xanımı hansı haqla, hansı biliyinə görə gətirib belə bir məktəbə rəhbər vəzifəyə qoyub, anlamadım. Bəli, təhsilimiz baş ayaqdı. Bu baş ayaqlığın da səbəbi çox yəqin ki, Sevda Əliyeva kimilərdir. Ona görə də təhsilimiz bu gün bərbad haldadır. Məktəblərdə bu gün dərs keçirilmir, xüsusən də 10 və 11-ci siniflərdə. Oxumaq istəyən, ali təhsil almaq istəyən bütün şagirdlər özəl dərs alırlar, məşğələlərə gedirlər. Səbəbi də məlumdur. Bunun da səbəbkarı Sevda Əliyeva kimi müəllimlərin təhsil sahəsinə rəhbərlik etməsidir. Mən inanıram ki, bu məqalə ictimailəşəndən sonra Regional Təhsil İdarəsi və əlaqədar təşkilatlar bu barədə bir ölçü götürəcəklər. Yuxarıdakı yazını aymediacompany.az saytı paylaşıbdı. Sevda xanım da öz sosial media hesabından kimlərisə təhqir edib hədələyən tərzdə paylaşımlar edibdi. Oxucularımıza maraqlı olar deyə həmin paylaşımları da təqdim edirik. Qarşı tərəfi də dinləməyə hazırıq. //aktualxeber// Geri qayıt |