Əsas Səhifə > Cəmiyyət, Manşet > Babək sakini 5 ildir HAQQINI ARAYIR...

Babək sakini 5 ildir HAQQINI ARAYIR...


25-10-2023, 10:43
Babək sakini 5 ildir HAQQINI ARAYIR...
Babək rayon Çeşməbasar kənd sakini Teymur Quliyev deyir ki, anasına və özünə edilən haqsızlıqların araşdırılması, günahkarların cəzalandırılması üçün 5 ildir mübarizə aparır. Lakin, Azərbaycan hüquq sistemində onun səsini eşidən yoxdur.

O, həkimlərin məsuliyyətsizli ucbatından anasının vəfat etdiyini, buna etiraz etdiyi üçün isə özünün qanunsuz həbs olunduğunu bildirir. DİA.AZ-ın məlumatına görə, Babək rayon sakini „Gündəlik Naxçıvan“a deyir ki, bununla bağlı dəfələrlə Baş Prokurorluğa və DİN-ə müraciət etsə də, nəticə əldə edə bilməyib.

O, Naxçıvanın yeni rəhbərliyinin də məsələyə məsuliyyətsiz yanaşdığını iddia edir. Əlacı hər yerdən kəsildiyini deyən Teymur Quliyev bu dəfə prezident İlham Əliyevə müraciət edir.

VİDEO BURADA:
https://www.facebook.com/100075606355785/videos/295353869967488

Geri qayıt