Əsas Səhifə > Cəmiyyət, Manşet > Ona qanunsuz olaraq əlillik dərəcəsi və pensiya verilmir...

Ona qanunsuz olaraq əlillik dərəcəsi və pensiya verilmir...


1-01-2024, 11:57
Ona qanunsuz olaraq əlillik dərəcəsi və pensiya verilmir...
Qazax rayonu, Köhnə Qışlaq kənd sakini, şəhid övladı Qasımov Rəşad Afrasiyab oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona qanunsuz olaraq əlillik dərəcəsi və pensiya verilmir:

“Mən, Qasımov Rəşad Afrasiyab oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

2014-cü ildən müddətdən artıq hərbi xidmətdə “maxe” kimi işə düzəlmişəm. 2020-ci ildə İkinci Qarabağ Müharibəsində Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən zaman düşmən tərəfdən atılmış mərminin partlaması nəticəsində ağır zərbə alaraq yaralanmışam.

Qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sağ çiyin və sol qasıq nahiyyəsindən qəlpə yaralarım olub. Həkimlərin rəyləri də var. Həkimin verdiyi sənəddə şəxsiyyət pozuntusu, beyin travması, nitq qüsuru və s. xəstəliklər təsdiqlənmişdir. Hərbi komissiya da 26 A, 23 B, 14 B rəylərini verib, hərbi xidmətə yarasız kimi qeyd olunmuşdur.

Bunlardan əlavə, 12 dəfə psixoloji xəstəxanada yatmışam. Bu gün əllillik dərəcəsi və pensiya ala bilmirəm. Həmçinin, şəhid oğluyam, mənim kimisinə əlillik və pensiya verilmir, bəs bu statuslar kimlərə verilir? Əmək qabiliyyətim yoxdur, heç yerdə işə götürmürlər”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq, məsələnin araşdırılacağı bildirildi.

Geri qayıt