Əsas Səhifə > Cəmiyyət, Manşet > TƏBİB sədri uğrunda ağxalatlıların gizli mübarizəsi
TƏBİB sədri uğrunda ağxalatlıların gizli mübarizəsi8-01-2024, 10:43 |
Azərbaycanda dövlət büdcəsindən hər il səhiyyə sisteminə yüz milyonlarla vəsait ayrılır. Yeni inzibatı binalarla, ən müasir avadanlıqlarla təchiz edilən səhiyyə sistemi çəkilən xərclərə baxmayaraq, özünü doğrultmur, tinn sahəsində verilən qərarların əksəriyyəti əhali arasında narazılıqlar oyadır. Səhiyyə sisteminin iflic duruma düşməsi dövlətin ali instansiyalarında da ciddi narahatlıqlar yaratmaqdadır. AzFakt.com-un əldə etdiyi məlumata görə Səhiyyə sitemində bu cür hərc-mərcliyin yaranmasına səbəb nazirliyin və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) içində ikitərəfliliyin yaranmasıdır. İkitərfliliyin, qruplaşmanın əsasən TƏBİB sistemində hökm sürdüyü vurğulanır. Ötən yazımızda biz bu məqama toxunaraq səhiyyə sistemində olan bəzi qrupların TƏBİB-in hazırkı icraçı direktoru Vüqar Qurbanovun fəaliyyətindən ciddi narazı olduqları barədə yazmışdıq. Qeyd edək ki, 2021-ci ilin sentyabr ayında Vüqar Qurbanovun qəfil TƏBİB-in icraçı direktoru vəzifəsinə təyin edilməsi Səhiyyə nazirliyinin rəhbərliyində çalışan bəzi məmurlarda və hökumətin aidiyyatı qurumlarında böyük təəccüb yaratmışdı. O zaman səhiyyə sistemində böyük əksəriyyət Təbib-in icraçı direktoru vəzifəsinə hazırda Abşeron rayon Mərkəzi Xəstəxanasının icraçı direktoru Azər İsmayılovun təyin ediləcəyini gözləyirmiş. Məlumata görə icbari tibbi sığorta sisteminin ölkədə qurulmasında böyük əməyi olan Azər İsmayılovun özü də Təbib sədri olacağına əmin imiş. Lakin baş verən qəfil təyinat - Vüqar Qurbanovun onun əvəzinə Təbib Sədri təyin eidilməsi, həm A.İsmayılovda, həm də onu dəstəkləyən qrupda ciddi narazılıq yaradıb. "TƏBİB sədri postu uğrunda qrupların mübarizəsi əslində pandemiya dövründən başlamışdı. O zaman Azər İsmayılov Yevlax rayon Mərkəzi Xəstəxanasının icraçı direktoru idi. Səhiyyə sistemində ən şanslı namizədlər icbari tibbi sığortanın qurulmasında böyük əməkləri olan Azər İsmayılovla Vüqar Qurbanovun adı çəkilirdi. Azər İsmayılov təhsilinə, əlaqələrinə, atasının uzun illər deputat olması və digər parametrlərə görə ən şanslı namizəd hesab edilirdi. Eyni zamanda Azər İsmayılov Yevlax rayon Mərkəzi xəstəxanasının direktoru vəzifəsində bir çox yeniliklər edərək təşkilatçı rəhbər imicini formalaşdırmışdı". Azər İsmayılovun regiondan paytaxtın ən böyük tibb müəssisəsinə rəhbər gətirilməsi rəqiblərini hərəkətə keçirib: "2021-ci ilin aprel ayında Azər İsmayılovun paytaxtın ən böyük xəstəxanalarından olan Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına baş direktor təyin edilməsi onun rəqiblərini hərəkətə keçirdi. O zaman Vüqar Qurbanov İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində departament rəhbəri vəzifəsində çalışırdı. Bütün nazirlik qısa zamanda Azər İsmayılovun TƏBİB-ə icraçı direktor gətiriləcəyini gözləyirdi. Lakin bu müddət ərzində İsmayılovun rəqibləri öz işlərini görə bildilər və gözlənilən təyinatın əksinə olaraq təşkilati vəzifədə çalışmayan Vüqar Qurbanov birdən-birə Təbib-ə rəhbər gətirildi". Maraqlıdır ki, Vüqar Qurbanov TƏBİB-ə rəhbər təyin edildikdən sonra qarşısında dayanan ən mühüm işin Azər İsmayılovu paytaxtdan uzaqlaşdırması olub: "Vüqar Qurbanov 2022-ci ilin sentyabr ayında TƏBİB-in icraçı direktoru təyin edildikdən iki ay sonra - dekabr-ın 28-də özünə rəqib saydığı Azər İsmayılovu paytaxtdan uzaqlaşdıraraq Abşeron rayon Mərkəzi Xəstəxanasına baş direktor təyin etdi. V.Qurbanovun bu təyinatı A.İsmaylovda belə şok effekti yaratmışdı. Vüqar Qurbanov elə bir təqvim seçmişdi ki, Azər İsmayılov təyinatla bağlı müvafiq olaraq yuxarı instansiyalara öz narazılığını da bildirə bilmədi". Məlumata görə artıq xeyli müddətdir ki, hər iki şəxsin arasında gedən gizli mübarizə Səhiyyə siteminin yuxarı instansiyalarında da narahatlıqlar yaradır. Teymur Musayevin yaxın zamanlarda Səhiyyə naziri postundan uzaqlaşdırılacağı xəbəri isə qruplaşmaların arasında olan mübarizəni açıq müstəviyə çıxarmaqdadır. Azər İsmayılovu dəstəkləyən komandanın yenidən revanşa hazırlaşdğı vurğulanır. Növbəti yazımızda Azər İsmayılovu dəstəkləyən komandanın revanşından əhatəli yazacağıq. Məsələ ilə bağlı TƏBİB-dən və Abşeron rayon Mərkəzi Xəstəxanasından mövqe öyrənə bilmədik. Adları çəkilən şəxslər mövqe bildirə bilərlər. dia-az.life Geri qayıt |