Əsas Səhifə > Cəmiyyət, Manşet > “Ref Motors” MMC-nin vergi borcu olsa da...

“Ref Motors” MMC-nin vergi borcu olsa da...


16-01-2024, 10:54
“Ref Motors” MMC-nin vergi borcu olsa da...
Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin qalibi “Ref Motors” MMC (VÖEN – 1403064391) olub.
DSMF qalib şirkətdən 314 min 706 manata bir ədəd avtobus alacaq.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Ref Motors” MMC 16 mart 2015-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ağayev Ədalət Cəlil oğludur.
“Ref Motors” MMC-nin rəsmi saytında yerləşdirilən məlumatlardan (https://refmotors.az/cardaz/cardbusaz.html ) belə görünür ki, şirkət hazırda Rusiya istehsalı olan 6 növ avtobus satır.
Onu da bildirək ki, “Ref Motors” MMC-nin hazırda dövlət büdcəsinə 18 min 7 manat 21 qəpik vaxtında ödənilməyən vergi borcu da var.

Geri qayıt