Əsas Səhifə > Cəmiyyət, Manşet > "Kimdən kimə şikayət edək?.."
"Kimdən kimə şikayət edək?.."20-01-2024, 11:41 |
"Şikayətim icbari sığorta saytındandır..." Bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Amil Həsənli adlı istifadəçi giley edir. Narazı vətəndaş daha sonra bildirir: "Maşının məlumatlarını yazıram, mühərrik həcmi 1.300 olduğuna görə ardını davam etmək olmur... Xəta verir... Yoxlamaq üçün mühərrik həcmini 2000 üzəri seçdim... Ardı aktiv oldu... davam etmək üçün... Qeyd edim ki maşın taksidə sürülmür qətiyyən, indi nə edək? Sabah polis saxlayıb cərimə yazanda kimdən kimə şikayət edək? Ya aşağı mühərrik üçün ləğv edin sığortanı işimizi bilək, ya da alınsın da bu prosedur normal olaraq..." dia-az.life Geri qayıt |