Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvanda fermerlərin subsidiya DƏRDİ...
Naxçıvanda fermerlərin subsidiya DƏRDİ...14-02-2024, 10:35 |
Naxçıvanda fermerlərə ayrılmış subsidiyanın verilməsi üçün müxtəlif şərtlər tələb olunur. Bu şərtlərdən biri də, ayrılmış pulun yarıdan çoxuna baha, həm də yarasız gübrə almaqdır. Heç bir işə yaramayan gübrəni satın almaqdan imtina edən fermerlər onlar üçün ayrılmış subsidiyadan istifadə edə bilmirlər. Fermerlər bildirirlər ki, ikiqat qiymətə almalı olduqları lazımsız gübrələr vəzifəli şəxslərə bağlı şirkətlərindir. Belə problemlə üzləşənlərdən biri də, Babək rayon Sirab kənd sakini İsrafil Rəhimovdur. Fermer deyir ki, ona ayrılmış subsidiyanı 75 faizini iki ildir ki ala bilmir. İsrafil Rəhimovun sözlərinə görə, yerli Kənd Təsərrüfatı Nazirliyi həmin pulun dəyirində ona lazım olmayan karbamid gübrəsi təklif edir. O, əkin sahəsi üçün lazım olan digər gübrələr tələb etsə də, nazirlik sözündən dönmür. Fermer deyir ki, dəfələrlə aidiyyəti qurumlara şikayət etsə də, buna məhəl qoyan olmayıb. "Gündəlik Naxçıvan" Video burada: Baxmaq üçün bura tıklayın... Geri qayıt |