Əsas Səhifə > Cəmiyyət, Manşet > Prezidentin yeni komandası kimlərin kefinə soğan doğrayır?
Prezidentin yeni komandası kimlərin kefinə soğan doğrayır?7-03-2014, 11:47 |
DİA.AZ: - Son günlər Azərbaycanda - hakimiyyət daxilində baş verən olaylar artıq xarici KİV-lərin də diqqətini cəlb edib. Davamlı şəkildə ölkəmizdə baş verən olayları - xüsusən də nurçu-vəhabi cameələri ilə bağlı gəlişmələri öz səhifələrinə daşıyan Türkiyə mediası ilə yanaşı, Rusiya mətbuatı da baş verənlərə xüsusi həssaslıq nümayiş etdirir. Bu gün Rusiyanın məşhur «Nezavisimaya Qazeta» internet portalında da qeyd olunan mövzu ilə bağlı böyük araşdırma materialı dərc olunub (). Bu isə məsələnin, hakimiyyət daxilində gedən oyunların artıq hüdudlarımzdan kənar dairələr üçün də kifayət qədər maraqlı olmasının göstəricisidir. Təbii ki, burada söhbət başında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı bəlli bir şəbəkənin son günlər nümayiş etdirdiyi və net şəkildə əsəbi gərginlikdən qaynaqlanan addımlarından gedir. Məlumdur ki, hakim düşərgədə son illərdə ciddi şəkildə yeniləşmə siyasəti həyata keçirilir və illər uzunu müxtəlif nüfuzlu təhsil ocaqlarında yetişdirilən xüsusi kadrlar artıq iqtidar komandası üçün bir kadr bazası rolunu oynamaqdadır. Bu qəbildən olan onlarla kadrı sadalamaq olaraq ki, həmin şəxslər özlərinin vəzifə başındakı fəaliyyətləri ilə birbaşa olaraq prezident İlham Əliyevin arxasında dayandığı məlum yeniləşmə siyasətinin uğurlu olduğunu sübutlamaqdadırlar. Təbii ki, vəziyyətin bu şəkildə cərəyan etməsi bir çox dairələr üçün - xüsusən də ənənəvi köhnə eşalon üçün heç bir halda sərf edən deyil. Faktiki olaraq Prezident Administrasiyasında özünə ciddi bir şəbəkə qurmağa müvəffəq olmuş şöbə müdiri Əli Həsənov isə baş verənləri rahatlıqla həzm edə bilməyənlərin sırasında birinci yerdədir. Elə DİA.AZ olaraq dünənki məlumatlarımızda da bu məqama xüsusi diqqət ayırmışdıq. Əlindəki hakimiyyətə aid resursları rəqib kimi müəyyənləşdirdiyi dairələrə qarşı yönəldən Əli Həsənov bu gün faktiki olaraq isterika vəziyyətindədir. Çünki anlaşılanı odur ki, Əli Həsənov məhz prezidentin addımlarına və siyasətinə qarşı hərəkətdədir və əgər vəziyyət həqiqətən də bu formadadırsa, o zaman Əli Həsənovun məhz prezident tərəfindən ona tanınmış haqq və imkanlardan yararlanaraq bu qərarların ən azından doğru olduğunu sübutlamağa çalışması ən azından QİYAM anlamını ifadə etməkdədir. Təbii ki, Əli Həsənovun hakimiyyət içində nədən və nələrə üsyan etdiyi aydındır. Hakimiyyət dəyişir və yeniləşir. Bu proses boyunca isə köhnə eşalon itirən tərəfdir. Əli Həsənov isə köhnə heyətin ən qabarıq fiqurlarından biri kimi itirdiklərinin acısının təsiri altında daha da böyük yanlışlara imza ataraq, itkilərinin miqyasını genişləndirməkdən başqa heç nəyə nail olmur. Amma bu halda belə yenə də bu gün Əli Həsənovun mediası net şəkildə İlham Əliyevin son təyinatları ilə qərarlaşan YENİ KOMANDAYA qarşı elan olunmamış savaş şəraitindədir. Nə baş verir? Təbii ki, kənardan bu baş verənləri hakimiyyət daxilindəki BÖYÜK ÇAT kimi də qiymətləndirmək olar. Amma realda baş verənlər konkret bir qrupun MÜQAVİMƏTİNDƏN başqa bir əhəmiyyətdə deyil. Və ən maraqlı olanı isə odur ki, göstərilən müqavimət heç nəyi dəyişmir. Sadəcə olaraq müqavimət göstərənlər bu yolla təskinlik tapmış olurlar. DİA.AZ-ın əldə etdiyi bilgilər də təsdiqləyir ki, bu gün nurçu-vəhabi mövzusu ilə gündəmdə qalmağa çalışan Əli Həsənov hətta ən yaxın adamlarının, yaxın qohumlarının vəzifələrini itirmələri prosesinin nəhayətdə onun özünə qədər yaxınlaşacağını hiss etdiyindən hələ çox imitasiyalara əl atacaq. Məlumatlı mənbənin bildirdiyinə görə, faktiki olaraq baş verənlərin fonunda çarəsizliyini hiss edən Əli Həsənovu hətta ona yaxın olan dairələr də tərk etməkdədir. Diqqət yetirin, artıq Əli Həsənovun şəbəkəsinin «batan gəmi» olduğunun fərqini hiss edənlər ondan uzaq durmağa çalışırlar və kimsə «batan gəmi» ilə yola davam demək istəmir. Kimlər yola salınır? Diqqət yetirdikdə də görürük ki, Əli Həsənovun qohumlarının da aid olduğu onlarla məmur ya vəzifəsindən alınıb, ya da vəzifələri kiçildilib. Kimlər vəzifəyə gətirilir? Əli Həsənov üçün əlçatmaz olan və Əli Həsənova aidiyyatı olmayan, birbaşa olaraq prezidentə bağlı olan yeni GƏNC HEYƏT… Təbii ki, bu baş verənlər cənab Həsənov üçün bir neçə mənada itkidir. Həm günü gündən səlahiyyətləri əlindən alınır ki, bu barədə dünən geniş məlumatlar diqqətinizə təqdim etdik. Həm də maddi baxımdan itkilərə məruz qalır. Hər halda, dünənə qədər Əli Həsənov əlindəki siyasi resurslardan, mövqeyinin imtiyazlarından istifadə edərək özünə yaxın olan onlarla kadrı belə demək mümkündürsə, kifayət qədər «yağlı» mövqelərə irəli çəkə bilmişdi. İndi isə bu mövqelər də əldən gedir. Ona görə də cənab Həsənovun aqressiyası bir növ anlaşılandır da. Yəni adam itirdikləri ilə barışa bilmir. Vəziyyət o həddə çatıb ki, hətta «nurçulardır, onları asmalıyıq» deyərək üzərlərinə yürüdüyü çevrəni günü-gündən genişləndirməkdədir. Onların sırasına birbaşa olaraq prezidentin marağında olan «ASAN» xidmətinin rəhbəri olan İnam Kərimovun, şəxsən İlham Əliyevin kadrı kimi təhsil naziri postuna irəli çəkilən Mikayıl Cabbarovun adları belə daxil etdirən Əli Həsənov bu gün faktiki olaraq eyforiyadadır. Əgər fərqinə varmış olsaydı, döyüş üçün seçdiyi səngərin əks qütbündə məhz prezidentin siyasətinin dayandığının fərqinə varardı… Geri qayıt |