Əsas Səhifə > Cəmiyyət, Manşet > Abşeron-Xızı Regional təhsil İdarəsində NƏ İŞLƏR ÇEVRİLİR...

Abşeron-Xızı Regional təhsil İdarəsində NƏ İŞLƏR ÇEVRİLİR...


18-03-2024, 10:23
Abşeron-Xızı Regional təhsil İdarəsində NƏ İŞLƏR ÇEVRİLİR...
Bir neçə gündür ki, Abşeron-Xızı Regional təhsil İdarəsinə 2022-ci ildən rəhbər təyin olunmuş İlhamə Abdullayeva ilə bağlı bir neçə ittiham dolu iddiaları təqdim etməkdəyik.

Sonuncu yazı burada: Abşeron-Xızı Regional təhsil İdarəsi ETN-ə TABE DEYİL? - Görünəni odur ki...

Qeyd edək ki, ortadakı ittihamların ciddiliyi gərəkən qurumların dərhal hərəkətə keçməsini zəruri etsə də, hansısa formada cəza tədbiri hələlik müşahidə olunmur.

Biz isə nyus.az-a istinadla növbətti iddiaları təqdim edirik.. Beləliklə...

***

Bütün ümumitəhsil məktəblərin IV və IX siniflərində kütləvi şəkildə aparılan monitorinqlərin kağız qiymətləri məktəb rəhbərlərinin üzərinə "yükləməklə" həyata keçirildi. Qeyd edək ki, monitorinqlərin təşkili üçün dövlət büdcəsindən yetərincə maliyyə vəsaiti ayrılıb. Lakin, İlhamə Abdullayevanın rəhbərlik etdiyi Regional İdarə tərəfindən bütün maddiyatın silinərək yeyintiyə yol verilməsi açıq-aydın müəyyən olunmuşdu. Sual olunur, monitorinqləri Regional İdarə həyata keçirirsə, niyə məktəb rəhbərlərindən pul alınır və bu pul sinif rəhbərlərinin tələbi ilə şagirdlərdən yığılır?.. Bir korrupsionerin, rüşvətxorun, əməllərinə susmaq bu qədərmi? Nədir bu susqunluğa səbəb? Belə başa düşmək olarmı ki, bu çirkablığın içində elə məktəb direktorlarının özü də maraqlıdır?


***

Bir neçə kurslarla əlbir olub şagirdlərin imtahana gəlişinin təşkili müqabilində kurs rəhbərlərindən hər bir şagirddən əldə olunan gəlirin 30% – nin məhz Regional İdarə müdirinə çatacağı barədə ilginc məlumatlat toplaya bilmişik.


***

Məlum olur ki, Abşeron və Sumqayıtda fəaliyyət göstərən Uşaq Gənclər Yaradıcılıq Mərkəzlərinin (UGYM) dərnəklərinə cəlb olunmuş şagirdlərin adları var, özləri isə yox. Həmçinn, Dərnək rəhbəri vəzifəsinə təyin olunanların adı olub, özü olmayan müəllimlərə ayrılmış əmək haqlarının hara və necə yönləndirilməsi ilə maraqlandıq. Bəzi müəllimlərlə əlaqə saxladığımız zaman məlum oldu ki, müəllimə UGYM- in yerləşdiyi yeri belə bilmir. Rəhbər şəxslərdən birinin verdiyi məlumta görə, yazılan dərs saatlarına ayrılan pulların birbaşa Regional İdarəyə verildiyi bildirildi.
Baxın, görün ki, İlhamə Abdullayeva dövlət əmlakını, onun büdcəsini necə və kimlərin əli ilə talayır? Çox yaxşı taktikadır və bu taktika əvvəlcədən düşünülmüş şəkildə məktəb direktorlarının üzərindən həyat keçirilir.

***

Davamı var...

Geri qayıt