Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvanda YENİ ETİRAZ: “Ailə uşağımızı nə ilə dolandıraq?..”
Naxçıvanda YENİ ETİRAZ: “Ailə uşağımızı nə ilə dolandıraq?..”28-03-2024, 10:44 |
Bu ayın əvvəlində Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin ləğv edilərək SOCAR-ın tabeçiliyinə verilməsi 40-dan artıq əməkdaşı işsiz qoyub. Bu barədə “Gündəlik Naxçıvan”a işsdən çıxarılan şəxslər məlumat veriblər. Onlar bildirirlər ki, işsiz qalanların təxminən yarısı yük maşını sürücüləridir. Qalanları isə texniki işçilər, mühafizə və bəzi vəzifəlilərdə çalışanlardır. Gələcəkdə işdən çıxarılanların sayının artacağı gözlənilir. Çünki, hələ təhvil-təslim prosesi davam edir. Bu prosesdə bəzi iş yerləri ləğv olunur, bəzilərində isə yeni rəhbərlik köhnələri çıxarıb, yerinə öz qohum-əqrabasını yerləşdirir. Ləğv olunan müəssisədə TIR sürücüsü işləmiş S. Nağıyev deyir ki, yeni iş tapmazsa Naxçıvanı tərk etməyə məcbur olacaq: “Bir neçə ildir burada TIR sürücüsü işləyirdim. Yanacaq daşıyaraq, ailəmi saxlayırdım. Təşkilat ləğv olunan kimi SOCAR „yanacaq daşımaq üçün öz maşınlarımız var”, deyib, TIR-ları satışa çıxardı.15-dən artıq sürücünün hamısını işdən çıxardılar. İndi qalmışıq işsiz. Ötən ilin may ayında müəssisədə rəhbərlik dəyişmişdi. Yenilər də gələn kimi bir neçə nəfəri işdən çıxarıb öz adamlarını onların yerinə yerləşdirdi. İndi də müəssisə kökündən ləğv olundu, SOCAR-a verildi. Hər gələn də öz qohum-əqarabasını işlə təmin edir. Bəs biz, qohumu vəzifədə olmayanlar nə etsin? Ailə uşağımızı nə ilə dolandıraq? İndiki zəmanədə iş tapmaq da müşkülə dönüb”. Təqaüd yaşına az qalan B. Səfərov isə, bundan sonra nə edəcəyini bilmir: “8 il idi Neft və Qaz təminatı müəssisəndə işləyirdim. Təqəaüdə çıxmağa 3 ilim var idi. Müəsisə ləğv olunub SOCAR-ın tərkibinə veriləndən sonra 20-yə qədər işçini işdən azad etdilər. Çətin ki, bu yaşdan sonra mənə kimsə iş versin. Nə edəcəyimi bilmirəm. Əvvəlcə hamını işdən azad etdilər. Sonra bir-bir hamı ilə söhbət apardılar. Xoşlarına gəlməyənləri işinə bərpa etmədilər. Onların arasında texniki işçiilər, mühafizəçilər, hətta vəzifə tutanlar var. Bəzilərini köklü-dibli ixtisar edirlər, bəzilərini də işdən çıxarıb, öz yaxınlarını, qohum-əqrabalarını işlə təmin edirlər”. Geri qayıt |