Əsas Səhifə > Cəmiyyət, Manşet > “XəzərTV” ilə bağlı daha bir şok iddia – Asəf Hacıyev telekanalın əmlakını nurçulardan hansı pula alıb?

“XəzərTV” ilə bağlı daha bir şok iddia – Asəf Hacıyev telekanalın əmlakını nurçulardan hansı pula alıb?


11-03-2014, 13:27
“XəzərTV” ilə bağlı daha bir şok iddia – Asəf Hacıyev telekanalın əmlakını nurçulardan hansı pula alıb?
DİA.AZ: - Bir neçə gün əvvəl Azərbaycanda fəaliyyətdə olan “XəzərTV”nin nə nurçulara və nə də ki Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənova aidiyyatının olmadığını iddia edən bir açıqlama yayıldı. Bu barədə danışan televizyanın təsisçisi Asəf Hacıyev bildirmişdi ki, kanalın sahibi odur və bu kanal Fətullah Gülənə aid olan “Samanyolu”nun Azərbaycan nümayəndəliyinin texniki bazası üzərində qurulsa da, həmin baza satln alınıb.

Amma nədənsə Asəf Hacıyev hansı pulla bu avadanlıqları aldığını və hansı pulla bu kanalı qurdğunu izahlamamışdı.

Bunun ardından isə yayılan sənəd Asəf Hacıyevin söylədiklərini bir daha inkar etdi. Aydın oldu ki, hələ nurçular “XəzərTV”ni himayə edirlər, hələ də bu kanal nurçuların nəzarəti altındadır.

Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə isə ilginc faktları açıqlayıb. Xatırladaq ki, əslində Asəf Hacıyevin kanala sahiblənənə qədər çalışdığı ünvanlar da onun söylədiklərinin həqiqiliyini şübhəyə alır və təsdiqləyir ki, bu telekanal Əli Həsənovla nurçuların ortaq layihəsidir.

“XəzərTV” ilə bağlı daha bir şok iddia – Asəf Hacıyev telekanalın əmlakını nurçulardan hansı pula alıb?

Bu barədə danışan mənbə bildirir ki, hələ də telekanal siyasi baxımdan Əli Həsənovun nəzarəti altında olsa da, maliyyə baxımından nurçular tərəfindən yönəldilir: «Asəf Hacıyevə gəlincə isə bu adam «XəzərTV»yə qədər birbaşa olaraq Əli Həsənovun yaxınlarının təsisçisi olduğu Beynəlxalq Mətbuat Mərkəzinin və «Azadinform»un rəhbərliyindən transfer olunmuşdu. Ən azından tu transferin özü belə məsələnin nə yerdə olduğunu aşkara çıxarır. Həmin ərəfədə isə digər bir təyinat İnqilab Məmmədovun birbaşa olaraq Əli Həsənovun nəzarətində olan «Kaspi» qəzetinin baş redaktorluğundan «XəzərTV»nin baş direktorunun müavini postuna gətirildi».

Mənbəmiz bildirir ki, nurçularla bu ortaq layihənin siyasi baxımdan senzoru, kuratoru, əlaqələndiricisi funksiyasını da elə İnqilab Məmmədov həyata keçirir: «Təbii ki, bu zaman Asəf Hacıyevin nəyisə inkar etməsi gülünc görünür. Çünki bu faktları danmaq olmaz».

Geri qayıt