Əsas Səhifə > Cəmiyyət, Manşet > MİDA-nın daha bir ŞÜBHƏLİ TENDERİ...

MİDA-nın daha bir ŞÜBHƏLİ TENDERİ...


13-04-2024, 10:57
MİDA-nın daha bir ŞÜBHƏLİ TENDERİ...
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən “MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərarı əsasən ləğv olunub.
Bildirilir ki, “MİDA” MMC-nin avtomobillərə texniki xidmətin göstərilməsi üçün keçirdiyi tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.
Məlumat üçün bildirək ki, 1 yanvar 2024-cü ildən qüvvəyə minən “Dövlət Satınalmaları Haqqında” yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur. Məsələn, yeni Qanunun 38-ci maddəsində satınalma müqaviləsinin qüvvəyə minməsi ilə bağlı müddəalar yer alıb.
Hazırda qüvvədə olmayan “Dövlət Satınalmaları Haqqında” Qanunun 38.2-ci maddəsi isə tender komissiyasının məsuliyyətindən və müsabiqənin ləğvindən bəhs olunur.
Onu da bildirək ki, tenderi keçirən “MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan “MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.

Geri qayıt