Əsas Səhifə > Cəmiyyət, Manşet > "100 manat alimentlə necə yaşayım?"

"100 manat alimentlə necə yaşayım?"


17-04-2024, 11:44
"100 manat alimentlə necə yaşayım?"
Gəncə şəhər sakini Məmmədova Arifə Ağaəli qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir:
“Mən, Məmmədova Arifə Ağaəli qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Məlumat üçün bildirim ki, tək qadınam, himayəmdə bir oğlum var. 2009-cu ildə sağ ayağı yanıb, damarları "sapayka"dır. Sahibsiz bir ana-balayıq. Sosial yardım alırdım, sonradan qanun dəyişdi, kəsildi. Qaz, işıq, su ödənişlərini edə bilmirəm. 100 manat aliment alıram. İş qabiliyyətim yoxdur, görmə qabiliyyətim zəifdir. Mənim kimi uşaq sahibi olan qadınlar nə ilə dolanmalıdır?

Mən başa düşürəm, işsizliyin qarşısını almaq üçün ancaq işləyənlərə sosial yardım verilir. Bəs, mənim kimi qadınlar nə etsin? Hansı yolla pul qazana bilərəm?

Uşağın istəklərini yerinə yetirə bilmirəm, xəcalət çəkirəm. 100 manat alimentlə necə yaşayım? İnsanlara Bu qədər qəddar davranmaq olmaz. Rəsmi qurumlardan xahiş edirəm ki, bizim kimi anaları da fikirləşin”.

Geri qayıt