Əsas Səhifə > Cəmiyyət, Manşet > "Müştərilərin başına “oyun açıb”" “

"Müştərilərin başına “oyun açıb”" “


19-04-2024, 10:40
 "Müştərilərin başına “oyun açıb”" “
“Expressbank”ın 2024-cü ilin I rübündə xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 % azalaraq 3 milyon 396 min manat təşkil edib.

2023-cü ilin müvafiq dövründə bank 3 milyon 441 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə bankın faiz gəlirləri 21% artaraq 15 milyon 707 min manat, faiz xərcləri isə 26,9 % artaraq 4 milyon 214 min manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4,5 milyon manata (illik müqayisədə 10,6 % az), qeyri-faiz xərcləri isə 10,9 milyon manata (illik müqayisədə 1,3% çox) bərabər olub. Beləliklə, bank bu dövrdə 5 milyon 40 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da illik müqayisədə 30 % çoxdur. Bu ilin ilk üç ayı ərzində “Ekspressbank” kiçilib. Belə ki, cari ilin aprel 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5 % və ya 28,4 milyon manat azalaraq 531 milyon 812 min manata enib. Cari ilin ilk 3 ayında “Expressbank”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2 % və ya 8,5 milyon manat artaraq 417 milyon 763 min manata çatıb.

Bankın kredit portfelində istehlak kreditləri 196 milyon manat, biznes kreditləri 115.2 milyon manat, daşınmaz əmlak kreditləri isə 106.5 milyon manat təşkil edib. Bu dövrdə “Ekspressbank”ın cəmi öhdəlikləri 398,4 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 7,4 % və ya 31,8 milyon manat azdır. Şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti geri çəkiblər. Belə ki, fiziki şəxslərin depozitləri ilin əvvəlinə nisbətən 3,1 % və ya 4,7 milyon manat artaraq 156 milyon 882 min manat, hüquqi şəxslərin (şirkətlərin) depozitləri isə 32,9 % və ya 25 milyon 726 min manat azalaraq 52 milyon 550 min manat təşkil edib. Bankın ümumi depozit portfeli də cari ilin ilk 3 ayında 9,1 % və ya 20,8 milyon manat azalaraq 209 milyon 432 min manata enib. 2023-cü il aprel ayının 1-nə “Ekspressbank”ın cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 2,6 % və ya 3 milyon 421 min manat artaraq 133 milyon 239 min manat təşkil edib.

Qeyd edək ki, ötən dövr ərzində ölkədə bir sıra banklar fəaliyyətini dayandırıb. Hətta ötən il onların sırasına iki bank - “GünayBank” və “Muğanbank” da əlavə olundu. Hazırda isə “Exspessbank”-da şirkətlər üç ay ərzində bankdan 25 milyon manatdan çox depoziti itirib, mənfəəti azalıbsa, adıçəkilən bank üçün təhlükə gözlənilirmi?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cümhuriyət”-ə bildirib ki, bank üçün o qədər vəsaitin geri çəkilməsi yaxşı hal deyil:

“Ancaq burada bankın verdiyi kreditlərə də baxmaq lazımdır. Əgər prinsipcə çox kredit verməyibsə, onun üçün bu problem olmamalıdır. Çünki bəzi banklar var ki, onların əksinə, artıq izafi likvidliyi (qiymətli kağızlar ya da daşınmaz əmlakın nağda çevrilə bilmə asanlığına verilən addır) var. Yəni vəsaiti çoxdur və buna görə bilmirlər ki, o pulu neynəsinlər.

Mən öz təcrübəmdən də bilirəm ki, məhz “Exspressbank” müştərilərinə qarşı ən böyük qanunsuzluq edən banklardan biridir. “Exspressbank” müştərilərin əlindən qanunsuz olaraq əmlakını alan və sənədlər imza atdıran bir bankdır. Onsuzda “Exspressbank” heç bir zaman yaxşı bank olmayıb. Düşünmürəm ki, hazırda bank üçün təhlükə var. Ancaq o, sistemdən getsə də, sistem üçün onun mənfi yox, müsbət təsiri olacaq.

Bir faktı qeyd edim ki, bank müştərinin məlumatının olub-olmamasından istifadə edərək qanunsuz sənədlərə qol çəkdirib. Burada söhbət kifayət qədər böyük məbləğlərdən gedir.

Ümumiyyətlə, “Exspressbank” elə də yaxşı banklardan deyil. Düşünümürəm ki, təhlükə var.

Kifayət qədər müştərilərin “başına oyun açıb”, əlində xeyli miqdarda vəsait cəmləşdirən bir bankdır”.

Geri qayıt