Əsas Səhifə > Cəmiyyət, Manşet > “Surət Hüseynov yenidən fəallaşır” xəbəri yayıldı – Yenə də sosial şəbəkələrdə təxribat var

“Surət Hüseynov yenidən fəallaşır” xəbəri yayıldı – Yenə də sosial şəbəkələrdə təxribat var


13-03-2014, 13:00
“Surət Hüseynov yenidən fəallaşır” xəbəri yayıldı – Yenə də sosial şəbəkələrdə təxribat var
DİA.AZ: - Çoxdandır barəsində xəbər-ətər olmayan Azərbaycanın keçmiş baş naziri Surət Hüseynovla bağlı sosial şəbəkələrdə yeni informasiya yayılıb. DİA.AZ bildidir ki, məlumatda Surət Hüseynovun yenidən gücə çevrldiyi iddia olunur.

Məlumatı diqqətinizə təqdim edirik: “Surət Hüseynov fəallaşır. Azərbaycanın keçmiş baş naziri Surət Hüseynov həbsdən azad olunandan sonra uzun müddət görünmədi. Halbuki çoxları hesab edirdi ki, o, yenidən aktivləşəcək və siyasi fəaliyyətini davam etdirəcək. Hətta ona yeni müxalifət qüvvəsi kimi baxanlar da vardı. Amma gözləntilər özünü doğrultmadı. S.Hüseynov səhhəti ilə bağlı kənara çəkildi və siyasi fəaliyyətinə bir növ xitam verdi.

Amma son günlər keçmiş baş nazirin yenidən aktivləşdiyi müşahidə olunur. Bu dəfə siyasi meydanda yox, biznes sahəsində. Surət Hüseynov son iki il ərzində öz biznes imkanlarını tam bərpa edib və Gəncədə ona məxsus obyektlərin, mərkəzlərin tam olaraq geri qaytarılmasına nail olub. Hazırda S.Hüseynovun Gəncədə ona qədər şəxsi ticarət mərkəzləri və bir o qədər də müəyyən müəssisələrə şərikliyi var. Gəncəyə arabir gələn eks-baş nazir mütəmadi yerli sakinlərlə də görüşür və yaranan bir sıra problemləri həll etmək üçün hətta fond yaratmağın mümkünlüyü haqqında da fikir bildirib. O, artıq öz keçmiş mövqelərini tam bərpa edib”.

Bildirək ki, bu iddialarla bağlı dia-az.life olara Surət Hüseynova yaxın şəxslərin mövqeyini öyrəndik. Redaksiyamıza bildirildi ki, Surət Hüseynov öz həyatını yaşayır: “Kiməsə qarşı getməyi, hansısa böyük işləri görməyi planlaşdırmır. Və “facebook”da yayılanlar da təxribatdır”.

Geri qayıt