Əsas Səhifə > Cəmiyyət, Manşet > Təshil Nazirliyinin sabiq şöbə müdirinə cinayət işi açılıb - “Misir Mərdanovun əsas adamı” hədəfdə

Təshil Nazirliyinin sabiq şöbə müdirinə cinayət işi açılıb - “Misir Mərdanovun əsas adamı” hədəfdə


17-03-2014, 12:18
Təshil Nazirliyinin sabiq şöbə müdirinə cinayət işi açılıb - “Misir Mərdanovun əsas adamı” hədəfdə
DİA.AZ: - Adı yaddaşlarda həm də mərhum şairimiz Əli Kərimin oğlu Orxan Kərimovun günahsız yerə qurban verilməsi zamanı xüsusi olaraq diqqətə gələn təhsil nazirliyinin maliyyə şöbəsinin sabiq müdiri Şahrza Əliyev həbs oluna bilər. Bu barədə DİA.AZ-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən informasiya daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, vəzifədən alındığı ilkin dönəmdə də belə bir təhlükə olsa da, sonradan Şahrza Əliyev “yuxarılara” “xod” taparaq vəziyyətdəm çıxa bilmişdi: “İndi isə durum tamam fərqlidir”.

Bununla bağlı dia-az.life-a daxil olan informasiyalardan aydın olur ki, əslində Şahrza Əliyev nazirlikdə qanunsuz tələbə qəbulu prosesini yönəldən bir nömrəli fiqurdur və zaman-zaman onunla bağlı hətta Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xətti ilə müvafiq dövlət qurumlarına da konkret faktlara söykənən məlumatlar ötürülüb. Amma Misir Mərdanovun adamı kimi tanınan Şahrza Əliyev həm vəzifəsində qalırdı və həm də qanunsuz tələbə qəbulu biznesini davam etdirirdi.

Nəhayət ki, Mikayıl Cabbarov bu adamla vidalaşma qərarını verdi. Mənbəmizin sözlərinə görə, bu da Şahrza Əliyev üçün son hesab olunmadı. Və “Misir Mərdanovun adamı” ciddi şəkildə hədəfdə saxlanıldı. Sonra isə nisbi sakitlik yarandı. Və sabiq məmur artıq təhlükənin sovuşduğunu zənn etdi. Amma yanılır. Mənbənin söylədikləri: «Onunla bağlı köhnə faktların gündəmə gətirilməsi də gözləniləndir. TQDK xətti ilə aidiyyatı üzrə dövlət qurumlarına göndərilən faktların da araşdırılmasına başlanılıb. Yəni bu proses çox böyük çevrələri belə əhatə edə bilər».

Mənbəmiz bildirir ki, Şahrza Əliyevlə yanaşı, neçə-neçə ali məktəbin rektoru da cəzalandırıla bilər: «Əgər Mikayıl Cabbarov bu işi uğurla başa çatdıra bilsə, özündə buna cəsarət tapsa, o zaman həm Şahrza Əliyevin və həm də Misir Mərdanovun qanunsuz tələbə qəbulu biznesində əsas yer tutan 3 rektorun barəsində cinayət işinin açılması, onların həbsi qaçılmazdır».

DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, artıq Şahrza Əliyevə qarşı ittihamlara hüquqi qiymətin verilməsi üçün cinayət işi də açılıb: «Hələlik bu hadisə ictimailəşdirilməsə də, Şahrza Əliyevin ciddi dairələrin hədəfində olduğu və bu dəfə vəziyyətdən asanlıqla qurtara biləcəyi imkansız kimi görünür».

Geri qayıt