Əsas Səhifə > Cəmiyyət, Manşet > “Cahan Holdnq”də işçilər “məhşər ayağı”na çəkilir
“Cahan Holdnq”də işçilər “məhşər ayağı”na çəkilir7-06-2024, 09:26 |
Bu günlərdə gundemxeber.az-ın redaksiyasına bir çox beynəlxalq konfraslarda iştirak edən, söylənilənlərə görə ayrı-ayrı layihələrin təşkilatçısı, iştirakçısı və rəhbəri olan, 1995-ci ildə “Cahan Holdinq”i təsis edən və hal-hazırda bu qurumda prezident vəzifəsini daşıyan və 12 aprel 1974-cü ildə Naxçıvan şəhərində anadan olan Abbasov Vüqar Zakir oğlunun fəaliyyəti ilə bağlı sensasion məlumatlar daxil olub. Onu da bildirək ki, bu şəxs Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin də sədridir. Çatdırılan məlumatlara görə, Azərbaycan Sahibkarlar Konfederasiyasının Prezidenti Məmməd Musayev, Vüqar Abbasovun ən etibarlı və sədaqətli adamlarındandır. Baxmayaraq ki, bu şəxsin özü isə, vaxtilə Naxçıvan Ali Məclisinə sədrlik edən Fasif Talıbovun kurasiyasında olan, həmçinin büdcə talançılıqlarında adı hallanan şəxslərdən biri olur. Media üzərindən apardığımız araşdırmalara görə, Vüqar Abbasovun prezidenti olduğu “Cahan Holdnq”də ötən il təmizlik işlərinini həyata keçirən 20 nəfər işçinin əmək hüquqları pozulur, hətta həmin şəxslərə əmək haqqı da verilmir. Rəhbərlik isə bunu bəzi sektorların bağlanması, əldə olunan gəlirlərin azalması ilə əlaqələndirsə də, əslində bunlar boş-boş bəhanədən başqa bir şey olmur. Narazılıq edənlər isə bildirirlər ki, “Bizi bu şirkətdə qanunda nəzərdə tutulmayan işlərə cəlb edirlər, amma bunun qarşılığında bizə əmək haqqı vermirlər. Baxmayaraq ki, biz bu şirkətdə təmizlik, bağban işləri, kommunal xərclərin və kirayələrin yığılması və s. kimi işlərə cəlb olunuruq. Gündəlik işə gəlib-getsək də, maaşımızı vermirlər. Rəhbərliyə etdiyimiz şikayətlərə isə məhəl qoyulmur, dirəniş göstərdikdə bizi işdən çıxardacaqları ilə hədələyirlər”. Sadalananlarla bağlı qarşı tərəfin də mövqeyini dinləyə bilərik. P.S. “Cahan Holdinq” baş verən bir çox qanunsuzluqların mahiyyətini, çatdırılan sensasion məlumatları yaxın günlərdə geniş ictimaiyyətin diqqətinə çatdırmağa çalışacağıq. Bizi izləməyi unutmayın. Geri qayıt |