Əsas Səhifə > Cəmiyyət, Güney Press > Parlamentdə də nurçulara qarşı tədbirlər olacaq - Nurçu deputatların şansları birdəfəlik kəsilir

Parlamentdə də nurçulara qarşı tədbirlər olacaq - Nurçu deputatların şansları birdəfəlik kəsilir


19-03-2014, 15:49
Parlamentdə də nurçulara qarşı tədbirlər olacaq - Nurçu deputatların şansları birdəfəlik kəsilir
DİA.AZ: - Son günlər iqtidar daxilində baş verən dəyişikliklər gələnilki parlament seçkilərinə də birbaşa təsir edə bilər. Bəlkə də kimlər üçünsə bu hadisə tələskənlik kimi görünəcək, amma DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, artıq iqtidarda mövqelərini gücləndirən çevrələr öz yaxın adamlarına gələn ilin parlament seçkilərilə bağlı da vədlər verməkdədirlər.

Mənbənin söylədikləri: «Maraqlı orasıdır ki, bu gün iqtidar daxilində döyüşən tərəflər parlamentdəki deputatları da öz aralarında parçalamağa başlayıblar və hətta tərəfdaş toplaya bilmələri üçün 2015-ci ilin seçkilərilə bağlı vədlər də verirlər. Yəni bildirilir ki, əgər bir daha və yaxud da ümumiyyətlə deputat olmaq istəyirsə, o zaman həmin dairələrə qoşulmalıdır».

Mənbəmiz iddia edir ki, amma bəzi şəxslər var ki, heç bir iqtidariçi qruplaşma üçün əhəmiyyət kəsb etmir. Onlardan biri də hazırda Rusiyanın Azərbaycana qarşı layihəsi kimi dəyərləndirilən «Milyarderlər İttifaqı»nın rəhbəri Abbas Abbasovun oğlu Aydın Abbasovdur.

Məlumata görə, Aydın Abbasovla yanaşı bu gün nurçu cameəsinə aid olunan 24 deputatın adı da birdəfəlik olaraq qara siyahıya düşüb və onların növbəti seçkidə hər hansı formada mandat alma şansları imkansızdır.

Geri qayıt