Əsas Səhifə > Cəmiyyət, Manşet > BU NƏDİ BELƏ: Bəlkə bu məmura ŞƏRTİ... ÖMÜRLÜK VERƏYDİNİZ...

BU NƏDİ BELƏ: Bəlkə bu məmura ŞƏRTİ... ÖMÜRLÜK VERƏYDİNİZ...


13-07-2024, 16:19
BU NƏDİ BELƏ: Bəlkə bu məmura ŞƏRTİ... ÖMÜRLÜK VERƏYDİNİZ...
"Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi
Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən, Cavanşir
Əvəzovla 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə müttəhimin
cəzanı real çəkməsini məqsədəuyğun hesab etməyib. Əvəzova münasibətdə Cinayət
Məcəlləsinin 70-ci (şərti məhkümetmə) maddəsi tətbiq edilib".
Bu barədə Dia-az.İnfo-ya göndərilən məaqlədə deyilir. Məqalə müəllifi daha sonra yazır:
"Məlumat üçün qeyd edək ki, ittihama görə, Cavanşir Əvəzov qanunvericiliyin ona verdiyi
səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət
mülkiyyətində olan torpaq sahələrinin rəsmi sənədlərini saxtalaşdırıb başqa-başqa adamların
adına rəsmiləşdirib. O, qanunsuz əldə etdiyi gəlirin həqiqi mənbəyini gizlətmək məqsədilə
qazandığı pulları leqallaşdırıb. Məhz bu səbəbdən də Cavanşir Əvəzov 9 il 6 ay müddətinbdə
azadlıqdan məhrum edilib. Lakin bu cəzanın qısa müddət ərzində şərti cəza ilə əvəzlənməsi baş
verib ki, bu da tamamilə məntiqsiz və qanunsuzdur.
Əməlində bir neçə ağır cinayət tərkibi olan sabiq rəisə şərti cəza hansı əsasla verilib?
Hər şeydən öncə qeyd edək ki, Cavanşir Əvəzovun törətdiyi saysız-hesabsız qanunsuzluqlardan
sonra şərti cəza alması hüquq və ədalət adına rəzalətdir və belə bir qərar ölkınin ədalət sisteminə
inamsızlıq formalaşdırır.
Xatırladaq ki, Cavanşir Əvəzov xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli
miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi
sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin törədilməsində ittiham olunub. Onun barəsində
ilkin və məhkəmə istintaqı dövründə "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri
seçilib. Cavanşir Əvəzovla bağlı ittihamlar məhkəmə prosesində də sübut olunub və nəticə
olaraq 9 il 6 ay müddətində həbsə məhkəm edilib. Lakin “hansısa sehirli əlin”sayəsində bu qərar
heç bir qanuni-məntiqi əsas olmadan dəyişdirilərək şərti cəza ilə əvəzlənib. Başqa sözlə desək,
Cavanşir Əvəzov etdiyi bunca qanunsuzluqlara rəğmən azadlıqda qalmağa nail olub. Halbuki,
əməlində böyük ictimai təhlükə olan sabiq rəisin azadlıqda qalması ona öz əməllərini yenidən
təkrarlamaq imkanı verir ki, bu da həm dövlət büdcəsinin yenidən talanması, həm də onlarla
vətəndaşın qanuni haqqının tapdanması deməkdir.
Ata Əvəzovun yolunu davam etdirən bala Əvəzovun başgicəlləndirən sərvəti
Cavanşir Əvəzovla bağlı maraqlı məqamlardan biri onun Məhərrəm Əvəzovun oğlu olması
faktıdır. Bilməyənlər üçün deyək ki, uzun müddət Novxanı bələdiyyəsinin sədri vəzifəsində
çalışan Məhərrəm Əvəzov kənd torpaqlarını dədə-baba mülki kimi sataraq külli miqdarda sərvət
qazanmışdır. Bu gün Məhərrəm Əvəzovun Novxanıdakı evinin həyətində dəyəri 100 min
manatlarla ölçülən bir neçə avtomobil, kənddə bir neçə böyük ticarət və ictimai iaşə obyekti,
çoxlu sayda kirayə və satış məqsədli ikimərtəbəli və üçmərtəbəli evləri mövcuddur.
Dövlət torpaqlarının talanması hesabına milyonlar qazanan Məhərrəm Əvəzovun yalnız Abşeron
rayonunda deyil, respublikanın bir çox bölgələrində böyük torpaq sahələri, mal-qara sürüləri,
fermaları mövcuddur. Övladı Cavanşir Əvəzovun şöhrət və vəzifə pilləllərində sürətlə
irəliləməsində də Məhərrəm Əvəzovun sahib olduğu haram pulların çox böyük rolu olmuşdur.
Bu gün Cavanşir Əvəzovun ölkənin şimal zonası ilə yanaşı, Oğuz, İsmayıllı, Şəki, Zaqatala
ərazisində də hektarlalra torpaq sahəsi, qoyun və mal-qara sürüləri, nəhəng malikanələr, ticarət
obyektləri mövcuddur. Hansı ki, bu sərvətlərin çoxu nə istintaq, nə də məhkəmə prosesində
aşkara çıxarılmayıb. Halbuki, qanun və ədalət Cavanşir Əvəzovdan bunca qanunsuz sərvətin
hesabını sormağı zəruri edir. Ümid edirik ki, dövlət əmlakını külli miqdarda taladığı üçün
azadlıqla mükafatlandırılan Cavanşir Əvəzovla bağlı bu qərar ləğv ediləcək, sabiq rəis etdiyi
çoxsaylı cinayətlərə görə öz layiqli cəzasını alacaq..."

Geri qayıt