Əsas Səhifə > Cəmiyyət, Manşet > “İrşad”dan mətbəx əşyası alan müştəri peşman olub
“İrşad”dan mətbəx əşyası alan müştəri peşman olub23-07-2024, 10:48 |
Şikayətim “İrşad” ekectronicsin Şəki filialındandır. Buradan mətbəx əşyası almışıq. Qaranti talonu da var 1 illik. Üstündən heç 3 ay keçməmiş xarab oldu, apardım verdim servislərinə. Qəbul etdilər və mənə müraciət talonu verdilər, baxdım ki, mənimlə əlaqə nömrəsi yerinə 5 il bundan öncəki nömrəm qeyd edilib. Tribunainfo.az yazır ki, şikayətçi Əbisəid Amirlinin problemi də elə bundan sonra başlayıb. O “İrşad”ın əməkdaşına dəfələrlə yeni nömrəsinin yazılmasını bildirsə də əməkdaş əsas talona deyil, adi vərəqə yazıb: “Əməkdaşlarına bildirdim ki, mən artıq bu nömrəni işlətmirəm, yeni nömrəmi sistemə daxil edin. Yeni nömrəmi bildirdim, qardaş özündəki kağıza qeyd etdi, dedim ki, qardaş, sistemə qeyd edin zəhmət olmasa, çünki servisdən nəsə dəyişilməsi lazım olanda razılığımın olub olmaması haqda mənlə əlaqə saxlayacaqlar. Əməkdaşları, siz narahat olmayın, deyib məni yola saldı (verdi). Üstündə onların da dediyi kimi 20-25 iş günü keçdikdən sonra mənlə əlaqə saxladılar ki, bəs müəllim malınız gəlib 26 azn ödənişiniz olacaq, gəlin götürün. Mən də dedim ki, nə ödənişidi o elə, dedilər, hansısa hissə dəyişilib (şestinka). Mən də dedim ki, bəs sizin qarantiyə nə oldu, o hissəni mən əlimlə qırmamışam ki, özü qırılıb, həm məndən razılıq almamış niyə dəyişiblər? Telefondakı, Cavid bəy dedi ki, müəllim mən sizə məlumat verməklə məsuliyyət daşıyıram yaxınlaşın, burda sizə ətraflı məlumat veriləcək. Sağollaşdıq. 5 dəqiqə sonra yenidən həmin nömrədən zəng gəldi, bəs müəllim, biz yanlış anlamışıq, ehtiyyat hissə dəyişilməyib, sizə zəng ediblər razılıq almaq üçün nömrənizə zəng çatmayıb, ona görə geri göndəriblər. Deməli, “İrşad”ın əməkdaşı mən dönə-dönə desəm də mənim əlaqə nömrəmi qeyd erməyib sistemə. Bunların məsuliyyətsizliyi ucbatından 2 aydı boş boşuna gözləyirəm. İndi bunlara necə rəsmi şikayət edə bilərəm?”. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |