Əsas Səhifə > Cəmiyyət, Manşet > Adı "qara siyahı"ya düşən deputat icra başçısı olmaq istəyir

Adı "qara siyahı"ya düşən deputat icra başçısı olmaq istəyir


31-03-2014, 10:04
Adı "qara siyahı"ya düşən deputat icra başçısı olmaq istəyir
DİA.AZ: - Məlumdur ki, yaxın günlərdə bir neçə icra başçısı vəzifəsindən azad ediləcək. Onların sırasında yaşı kifayət qədər olan Xaçmaz rayonunun icra başçısı Şəmsəddin Xanbabayev də var. Doğrudur, Xanbabayevin vəzifəsindən alınması heç də onun «vurulması» kimi dəyərləndirilə bilməz. Hələ də onu ciddi şəkildə himayə edənlər var. Amma onun da zamanı yetişib və artıq bu barədə qərar da verilib.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, məhz bu səbəbdən Xaçmaza başçı gələ bilmələri üçün rayonun bir neçə imkanlı məmuru qollarını çırmayıb. Xatırladaq ki, bir müddət əvvəl yerli mətbuatda Şəmsəddin Xanbabayevin gedişi səbəbindən obyektlərini satışa belə çıxardığı xəbəri yayılmışdı. Yəni bu kimi faktlar da artıq icra başçısı dəyişikliyinin qapıda olduğunu təsdiqləyir.

Mənbə DİA.AZ-a bildirib ki, Xaçmaza rəhbərlik uğrunda savaşanlardan biri də 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilmiş Arif Əşrəfov da var. Mənbənin söylədikləri:

«Arif Əşrəfov kifayət qədər imkanı olduğundan hətta indidən bəzi rəqibləri niyyətlərindən vaz keçməli olublar. Çünki onunla imkan baxımından rəqabət aparmaq çox çətindir».

Mənbəmizin sözlərinə görə, son zamanlar özü barəsində mətbuatda yazılan yazılara da xüsusi həssaslıq nümayiş etdirən deputat məhz icra başçısı ola bilməsi üçün hətta rayonda xeyriyyəçilik aksiyaları da həyata keçirməyə başlayıb: «Bu günlərdə bir xaçmazlının müalicəsi üçün pul ayırdı. Daha bir neçə rayon sakininə ciddi şəkildə yardımlar göstərib. Bütün bunlar isə onun rayonda etimad qazanma niyyətiylə birbaşa bağlıdır».

Adı "qara siyahı"ya düşən deputat icra başçısı olmaq istəyir

Lakin təbii ki, son qərarı «yuxarılar» verəcək. Buna qədərsə Arif Əşrəfov rayonda özünə xal yığmaqdadır…

Onu da bildirək ki, Arif Əşrəfovun növbəti seçkidə mandat alacağının kifayət qədər şübhəli olduğu da söylənilir. Hətta deputatın adı bu günlərdə mediada açıqlanan “qara siyahıda” da yer almışdı ki, həmin siyahıda əsasən “qələmi qırılan” və 2015-ci il seçkilərindən mandat almğa ümid etməsi anlamsız olan deputatların adları yer almışdı.

Görünür, artıq bəlli aqibətindən xəbərdar olan Arif Əşrəfov da kayerasını icra başçısı postunda davam etditməyi düşünür.

Geri qayıt