Əsas Səhifə > Cəmiyyət, Manşet > Hacıqabulun icra başçısı Müdafiə Nazirini niyə qəzəbləndirib - Ondan Rəsizadəyə şikayət olunub
Hacıqabulun icra başçısı Müdafiə Nazirini niyə qəzəbləndirib - Ondan Rəsizadəyə şikayət olunub1-04-2014, 11:44 |
DİA.AZ: - Nazir postuna təyin edildikdən sonra bir sıra islahatları ilə diqqətə gələn və özü barəsində müsbət imic formalaşdıran yeni müdafiə naziri Zakir Həsənov hələ də Səfər Əbiyev dönəmindən qalma problemləri yoluna tam qoya bilməyib. Bildirək ki, məhz Zakir Həsənovun tapşırığı ilə həyata keçirilən təftişin nəticəsi olaraq bu gün MN-nin ona yaxın yüksək rütbəli zabiti barəsində cinayət işi qaldırılıb. Eyni zamanda 100-dən artıq MN vəzifəlisi işindən kənarlaşdırılıb. Amma proses bununla da bitmir. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Zakir Həsənovun daha bir qayğısı da sovet dönəmindən qalma hərbi şəhərciklərin aqibətilə bağlıdır. Belə ki, keçmiş nazir Səfər Əbiyevin dövründə bu şəhərciklər demək olar ki, yerli icra strukturları tərəfindbən talan edilib. Halbuki bu şəhərciklər Müdafiə Nazirliyinin balansına aiddir. Məlumatlardan aydın olur ki, Zakir Həsənov problemi həll edə bilməsi üçün xüsusi tapşırıq versə də, bir sıra çətinliklərlə üzləşməli olub. Çətinliyi yaradanlardan biri isə Hacıqabul rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarovdur. Məlumatlı mənbə dia-az.life-a ötürdüyü xəbərdə qeyd edir ki, Hacıqabul rayonunda sovet dövründən qalmış hərbi şəhərcik icra başçısı Əhməd Muxtarov və köməkçisi Afiq Kərimovun əliylə satışa çıxarılıb. Həmin şəhərcikdəki mənzillər isə 2000-2500 manat verən şəxslərin adına sənədləşdirilir. Bu pul həm də sənədləşdirmə üçün nəzərdə tutulub. Lakin bu sənədin real qiyməti 50 manatdan bir qədər artıqdır. Maraqlıdır ki, Hacıqabul rəhbərliyi orada yaşayanların taleyi ilə də maraqlanmır. Belə ki, faktiki olaraq şəhərcikdə məskunlaşmış ailələr qeyd olunan pulu vermədikdə, oradan çıxarılır. Onların yerinə isə pul alınmış şəxslər gətirilir. Yəni buradan da anlaşılır ki, Əhməd Muxtarov Müdafiə Nazirliyinin balansında olan şəhərcik üzərində tam olaraq hökmranlıq etməkdədir. Artıq bununla əlaqədar Nazirlər Kabinetinə MN adından xüsusi müraciətin edildiyini bildirən mənbə dia-az.life-a açıqlamasında iddia edir ki, məhz Zakir Həsənovun maraqlı tərəf kimi çıxış etməsi icra başçıları üçün, xüsusən də artıq bazarlıq xəbəri yayılan Əhməd Muxtarov üçün baha başa oturacaq. Geri qayıt |