Əsas Səhifə > Cəmiyyət, Manşet > Məqsədləri tamam başqadır...

Məqsədləri tamam başqadır...


17-08-2024, 15:00
Məqsədləri tamam başqadır...
"Şikayətim "Birlink" internet provayderindəndir. Ölkə ərazisində internetin qiyməti qalxıb, başa düşdük, oldu 25 manat..." Dia-az.İnfo bildirir ki, bunu öz gileyində Rafiq Paşayev adlı paytaxtb sakini qeyd edib.

Narazı vətəndaş daha sonra yazır: "Buna uyğun internet verin də evlərə. 18 manata 30 mbit işlədirdim. Qaldırdınız 25 manata, son bir həftədi hər gün problem, hər gün sürət çox düşür aşağı. Bayaq 10mbitə düşmüşdü. Usta göndərdilər, baxdı dedi problem yoxdu, sadəcə bu verdikləri modemin gücü çatmır. Nə oldu, keçən aya kimi normal sürətli idi internet, indi düşdü hamısı aşağı ki, modemin gücü çatmır? 130 manatlıq modemi soxuşdurmaq istəyirlər camaata (üzürlü sayın ifadəmə görə), bilə-bilə sürəti salırlar aşağı ki, onlardan 130manata modem alaq? Huawei ilə müqavilələri var, şərtləri də odur ki, ancaq Huawei modem olmalıdır. Bundan öncəki provayderdə 30azn aldığım mi router işlədirdim, onun sürəti 96mbitə qədər qalxırdı(sadəcə tez-tez problem olurdu deyə dəyişdim provayderi, sürəti amma çox əla idi), sizin sonraki "YENİ NƏSİL" adı ilə verdiyiniz modem o modem qədər də deyil? Ayıbdır, bəsdirin camaatı doladınız. Bilə-bilə sürəti salırlar aşağı ki, onlardan 130aznlik modem alaq..."

Geri qayıt