Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvanda Qarabağ Qazilərinə ŞOK ZƏRBƏ: Mülkiyyək hüquqları əllərindən alındı...

Naxçıvanda Qarabağ Qazilərinə ŞOK ZƏRBƏ: Mülkiyyək hüquqları əllərindən alındı...


21-08-2024, 11:14
Naxçıvanda Qarabağ Qazilərinə ŞOK ZƏRBƏ: Mülkiyyək hüquqları əllərindən alındı...
Naxçıvanda vaxtilə ev hədiyyə olunmuş qazilərə verilmiş tam mülkiyyət hüququnun bir hissəsi əllərindən alınıb. Məsələn, bundan sonra onlar bu evləri nə sata, nə də girov qoya bilərlər. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup qazi məlumat verib. Qazilər bildirirlər ki, bu məsələ onlardan bəzilərinin evlərini satmaq istərkən üzə çıxıb. Bu zaman məlum olub ki, yerli Daşınmaz Əmlak Komitəsi qazilərə verilən bütün mənzillərin üzərinə yüklülük qoyub.
Naxçıvan Qazilər Birliyinin sədr müavini Əli Əlisoy deyir ki, o da bu məsələdən bir neçə ay öncə, evini satmaq istərkən xəbərdar olub:
„Mənim ailəm 4 nəfərdən ibarətdir. Lakin 2022-ci ildə mənə iki nəfərlik, cəmi 34 kvadratlıq mənzil verilmişdi, bir müddət sonra isə, sərəncamla çıxarış verdilər. Bununla mənzilin tam mülkiyyət hüququnu əldə etdim. Yeni uşaq doğulandan sonra isə, bura sığışmağın mümkün olmayacaqğını nəzərə alıb, qərara aldım ki, bu evi satıb, daha böyüyünü alaram. Lakin, ASAN xidmətdən dedilər ki, bu hüququm bir müddətdir ki, əlimdən alınıb. Araşdırdıq, gördük ki, vaxtilə mənzil hədiyyə olunmuş bütün qazilərin bu hüququ əllindən alınıb. Məlum oldu ki, bunu edən Daşınmaz Əmlak Komitəsidir. Onlara müraciət etdik, dedilər ki, Sosial Müdafiə Nazirliyinin məktubu əsasında bunu ediblər. Daha sonra mən nazirliyə yazıb, məsələni aydınlaşdırmaq istədim. Oradan dedilər ki, onlar heç kimə belə bir məktub yazmayıblar. Bir sözlə, ötür-ötür oyunu qurublar“.
Komitənin qərarını qanunsuz sayan Əli Əlisoy bununla bağlı məhkəməyə müraciət etdiyini bildirir:
“Nazirliyin məktubu olsa da belə mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Bunun üçün dövlət orqanının xüsus qərarı, yaxud məhkəmə qərarı olmalıdır. Bunların heç biri yoxdur. Bu qanunsuzluqları nəzər alıb, məhkəməyə müraciət etdim. Bir neçə gün sonra ilk iclas keçiriləcək. Ümid edirəm ki, ədalət öz yerini tutacaq. Mən Qarabağ döyüçlərində iki dəfə yaralanmışam. Məndən daha ağır vəziyyətdə olan qazilər var ki, hamısının mülkiyyət hüququ bu cür məhdudlaşdırılıb. Bununla nəyə nail olmaq istəyirlər, anlaya bilmirik”.


Geri qayıt