Əsas Səhifə > Cəmiyyət, Manşet > Reputasiyası zədələnmiş rayon rəhbərləri ilk olaraq hədəfə şevrilir

Reputasiyası zədələnmiş rayon rəhbərləri ilk olaraq hədəfə şevrilir


3-04-2014, 12:04
Reputasiyası zədələnmiş rayon rəhbərləri ilk olaraq hədəfə şevrilir
DİA.AZ: - Hakimiyyət aprel ayının ortalarından etibarən icra başçıları ilə bağlı çoxdan anonsu verilən, gözlənilən dəyişikliklərə başlayacaq. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki etibarlı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, bu dəyişiklik əsasən özünü əyalət rayonlarında nəzər çarpdıracaq və ona yaxın rayonun icra başçısının dəyişdirilməsi planlaşdırılır. Onların yeniləri ilə əvəzlənəcəyi və ya başqa rayonlara göndəriləcəyi isə hələlik tam məlum deyil. Bilinəni odur ki, bir sıra rayonların rəhbərliyindəki dəyişiklik total xarakter daşıyacaq.

Məlumatlı mənbədən dia-az.life-a verilən xəbərdə həmçinin qeyd olunur ki, işdən çıxarılacaq şəxslərdən biri Astaranın icra başçısı Qəzənfər Ağayev olacaq. Daha doğrusu, bu məsələ artıq dəqiqləşib. Səbəb isə icra başçısının “limitini doldurması” faktıdır. Hər halda belə deyilir. Qeyd edək ki, buna qədər Masallıya rəhbərlik etmiş Qəzənfər Ağayev həmin dönəmlərdə Masallıdan deputat olan, hazırda Daşkəsən rayonuna rəhbərlik edən Əhəd Abıyev tərəfindən narkomafiya ilə işbirliyində də ittiham olunurdu.

Lakin bu dəyişiklər zamanı Bakının aryonlarının birində də rəhbər dəyişikliyi baş tutacaq. Bunu da eyni qaynaq iddia edir və bildirir ki, zamanında adı “GEN” MMC ilə bağlı fırıldaqda hallandırılan Xətai rayonunun icra başçısı Razim Məmmədov da görəvindən alınacaq.

Məlumatlı mənbə bildirir ki, ümumiyyətlə, gözlənilən dəyişikliklər reputasiyası zədəli olan rayon rəhbərlərini əhatə edəcək.

Geri qayıt