Əsas Səhifə > Cəmiyyət, Manşet > Keçmiş deputatın şirkəti vətəndaşı BOĞAZA YIĞIB...

Keçmiş deputatın şirkəti vətəndaşı BOĞAZA YIĞIB...


12-09-2024, 10:49
Keçmiş deputatın şirkəti vətəndaşı BOĞAZA YIĞIB...
" "Kontakt Home"-a müraciət edirəm... Müştəriyə qarşı laqeyd və bivec davranan 2-ci bir mağaza yoxdu özünüz kimi!" Dia-az.İnfo xəbər verir ki, bunu keçmiş deputat Elnur Allahverdiyevə məxsus olan "Kontakt Home"dan giley edən Nəcəf Nəcəfzadə adlı vətəndaş bildirir.
O daha sonra əlavə edir: "31 avqust tarixində gənclik mall mağazanızdan 2 məhsul almışam.
2 sentyabr tarixində evə çatdırılma olub. Məhsullardan biri qüsurlu olduğu üçün çatdırılma əməkdaşına təhvil verib , aktda həmin məhsulu minuslamışam, dəyişdirilməsi üçün qeydimi yazıb imzalamışam.
Artıq bugün ayın 12-i. çatıdırlmanın üzərindən keçən 8-ci iş günüdür. Hələ də mənə bildirilir ki, məsələ araşdırılır.
1-ci növbədə mən müştəriyəm və mənim heç bir günahım yoxdur ki, sənin məhsulun mənə qüsurlu gətirilib. Ola bilər anbardarın ya da çatdırılma komandanın günahı var. Bunun mənə heç bir dəxli yoxdur ! Başa düşürsüz bunu ?! Yox, çünki müştərini anlamaq, prosesləri anlamaq səriştə tələb edir.
2-ci növbədə ÖZ daxili qaydalarınızı açın oxuyun. Nə qədər xaotik vəziyyətdəsiz ki, öz yazdıqlarınıza özünüz əməl edə bilmirsiz.
Özünüzə yazmışam və demişəm , burdan da deyirəm. Sahibkar , rəhbər başa düşürəm , yaxşı qazanc var. Müştəri ilə birbaşa əlaqədə deyilsiz. Ancaq məni telefonda yola verən çağrı mərkəzi əməkdaşları - özünüzə normal iş tapın, heyifsiz..."

Keçmiş deputatın şirkəti vətəndaşı BOĞAZA YIĞIB...

Geri qayıt