Əsas Səhifə > Cəmiyyət, Manşet > Dillər Universitetində vəzifələr SATILIR?

Dillər Universitetində vəzifələr SATILIR?


16-09-2024, 12:22
Dillər Universitetində vəzifələr SATILIR?
Xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev növbəti ittiham dolu açıqlama ilə çıxış edib.

Dia-az.İnfo xəbər verir ki, H.Zərbəliyev Azərbaycan Dillər Universitetində vəzifə və müəyyən işlərin konkret qiymətinin olduğunu iddia edib. O açıqlamasında qeyd edib:

"Azərbaycan Dillər Universitetində 2024-2025-ci tədris ili üçün preyskurant müəyyənləşib:
- prorektor vəzifəsi – 200 000 AZN (hazırda 2 vakansiya var),
- dekan (fakültədən asılı olaraq) – 80-100 000 AZN (hazırda iki vakansiya var),
- kafedra müdiri – 50 000 AZN,
- müəllim (kafedradan asılı olaraq) – 25-30 000 AZN,
- laborant – 20 000 AZN,
- bir fəndən imtahan qiyməti (fəndən asılı olaraq) – 1000-1500 AZN,
- universitetə gəlməyib diplom almaq istəyənlər (illik) – 18 000 AZN (12 fənn x 1500 AZN) + təhsil haqqı; əlaçılıq: 24 000 AZN (12 fənn x 2 000 AZN) + təhsil haqqı,
- universitetə gəlməyib diplom almaq istəyən sonuncu kurs tələbəsi – hər imtahan üçün – 2 000 AZN, fərqlənmə diplomu: hər imtahan üçün – 3 000 AZN.
- imtahan sessiyasına buraxılmaq üçün limiti aşmış hər qaibə görə – 100 AZN.
Saat çatışmazlığı yeni müəllimlərin işə götürülməsinə mane olmur. Vakansiya yaradılması üçün Universitetdə işləyən müəllimlər 0,5 və 0,25 ştata keçirilir. Buna əmin ola bilərsiniz. Nümunə: İngilis dilinin qrammatikası kafedrasında müəllimlər 0,5 ştata keçirilmiş və onların hesabına tam ştata yeni müəllim götürülmüşdür.
Buyurun, çəkinmədən iştirak edin. Cibiniz dolu olsun..."

Geri qayıt