Əsas Səhifə > Cəmiyyət, Manşet > Siz EVOLdunuz... imkan verin, camaat da EV OLA BİLSİN...

Siz EVOLdunuz... imkan verin, camaat da EV OLA BİLSİN...


25-09-2024, 11:09
Siz EVOLdunuz... imkan verin, camaat da EV OLA BİLSİN...
"Deməli biz "Evol"un Biləsuvar filialından mətbəx mebeli və tv stend sifariş etdik . Gəlib ölçü göturub getdilər..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupunda giley olunur.
Narazı vətəndaş daha sonra bildirir: "Qeyd edim ki, qiymətini məhsulun ödəmişik( təxminən 1500 azn- dək). Hardasa 10 gün sonra dedilər ki bəs sifarişiniz hazırdır . Bizdədə təmir getdiyi üçün tv stend otagi hazir deyildi onuncun dedik bir neçə günə xəbər edərik sentyabrin 4-də hazir idi. 10 gün bundan öncə zəng vurub gətirmələrini söylədikdə tv stendin hazir olmadigini dedilər və bizə başqa rəng təklif etdilər biz istəmədik və təkcə mətbəxi gətirmələrini söylədik. Beləcə günlər keçdi və şirkət sifarişi gətirmədi ofisə muraciət ,şirkətə zənglərdən sonra nəhayət bir neçə gün oncə axsam saatlarinda bizə usta göndərdilər və usta ölçülərin və bəzi yerlərin qırıq ,səhv oldugunu bildirdi yenidən bəzi hisslərini düzəltmək lazim oldugunu dedi cixib getdi mebelin yarisinı qurub . Sonradan qiriq mebeli gəlib aparan olmadi ki duzəldib gətirsinlər və yenidən zənglər ,ofisə getməklə novbəti axsamlarin birində saat 10 - da gəlib qiriq mebeli apardilar indi yenidən gətirib qurmaq üçün biz yenidən zənglər edirik ama bizə baxan yoxdur . Xahiş edirəm mən hansi yolla bu sifarişi gətizdirim ? Antiinhisara muraciət etsəm nəsə xeyri olar? Vəya başqa hansisa quruma? Artiq səbrim qalmayib vaxtim gedib əsəblərim pozulub..."

Geri qayıt