Əsas Səhifə > Cəmiyyət, Manşet > “Neft Daşları”nın fəhlələri etitaza hazırlaşır - “Benzinin qiyməti qalxdısa, maaşlarımız niyə artmır?”
“Neft Daşları”nın fəhlələri etitaza hazırlaşır - “Benzinin qiyməti qalxdısa, maaşlarımız niyə artmır?”8-04-2014, 12:12 |
DİA.AZ: - Dövlət Neft Şirkətinin «Neft Daşları»nda çalışan işçiləri, habelə ARDNŞ-ə aid bir sıra strukturların fəhlələri etiraz olaraq tətilə qərar veriblər. Bu barədə DİA.AZ-a daxil olan müraciətdə fəhlələr adından bildirilir ki, onlar maaşlarının azlığından şikayətçidirlər. Təxminən 1500 fəhlənin etirazlarda iştirak edəcəyi iddia olunan müraciətdə maraqlı ittihamlar da yer alıb: “Bu il ərzində benzinin qiyməti iki dəfə qalxdı. Biz də bu bahalanmadan əziyyət çəkirik. Çünki biz də bi xalqa aidik. Amma bu bahalaşma bizim maaşların artmasına gətirib çıxarmadı. Əksinə aparılan ixtisarlar işimizi daha da çətinləşdirdi”. Fəhlələr adından bildirilir ki, əgər benzinin qiyməti qalxıbsa, onların da maaşları artmalı idi: “Biz bir neçə dəfə rəhbərlik qarşısında maaş tələbi qoymuşuq. Amma hər dəfə tələbi səsləndirənlər işdən çıxarılıb. Bu dəfə isə bir yerdə hərəkət edəcəyik ki, sözümüzü eşitdirə bilək”. Mənbəmiz bildirir ki, aprel ayının ilk ongünlüyünə təsadüf edəcək aksiyada maaşların artırılması, bir sıra sosial güzəştlər tələbi səsləndiriləcəksə də, bütün bu baş verənlərin sistemli şəkildə həyata keçirilməsi proseslərdə maraqlı qüvvələrin olmasından xəbər verməkdədir. Geri qayıt |