Əsas Səhifə > Cəmiyyət, Manşet > İcra başçısının keçmiş müavini indiki icra başçısına qarşı – Qaradağın RİH rəhbərindən PA-ya şikayət

İcra başçısının keçmiş müavini indiki icra başçısına qarşı – Qaradağın RİH rəhbərindən PA-ya şikayət


9-04-2014, 12:21
İcra başçısının keçmiş müavini indiki icra başçısına qarşı – Qaradağın RİH rəhbərindən PA-ya şikayət
DİA.AZ: - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbə sakini Ağahüseyn Ağayev Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova ünvanladığı məktubun surətini DİA.AZ-a da göndərib. Qaradağın icra başçısının keçmiş müavini olan Ağahüseyn Ağayev məktubunda bu rayonda baş verən talançılıq, korrupsiyadan bəhs edir:

“Mənim Baş Prokuror və Maliyyə Nazirliyinə ünvanladığım əvvəlki 6 şikayət ərizələrimin sonuncusu mart ayının 28-də olub. Yanvar ayında yazdığım ərizəyə Baş prokuror və Maliyyə nazirindən cavab gəlib ki, növbəti yoxlamada ərizədə yazdıqlarımı nəzərə alacaqlar.

Ölkə prezidenti Nazirlər Kabinetinin yığıncağında məmurlara qəti şəkildə korrupsiya əməllərinə son qoyulmasını və belə hallara görə onları ciddi şəkildə cəzalandıracağını bəyan etdi.

İcra başçısının keçmiş müavini indiki icra başçısına qarşı – Qaradağın RİH rəhbərindən PA-ya şikayət

Bizim Qaradağ rayonunda isə dövlətin büdcəsi talanır. Abadlıq adı altında iş adamlarından vəsait toplanır. Icra başçısı Süleyman Mikayılovun topladığı milyonlar xalqın haqlı narazılığına səbəb olur və bunlar mətbuatda da əksini tapır. Bu məsələnin araşdırılmasına göstəriş verilməsini və araşdırmada bizim də iştirakımızı təmin etməyi xahiş edirəm. Bu pulların qarşısında yoxlamalı olan təşkilatlar susurlar. Pul bəzi insanları lal, kar, hətta kor da edir. Bir daha xahiş edirəm, məni qəbul edib dinləyəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt