Əsas Səhifə > Cəmiyyət, Manşet > «Binə» Ticarət Mərkəzini kimlər sıradan çıxarmaq istəyir? - TM ilə vəhabilərin əlaqəsi gündəmə daşınacaq
«Binə» Ticarət Mərkəzini kimlər sıradan çıxarmaq istəyir? - TM ilə vəhabilərin əlaqəsi gündəmə daşınacaq14-04-2014, 11:41 |
DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirmişdik ki, «Binə» Ticarət Mərkəzi plana düşüb. Məlumatda deyilirdi ki, «dövlət ehtiyacı» adı altında ölkənin ikinci ən böyük ticarət mərkəzi olan «Binə»nin sökülməsi nəzərdə tutulub. Bununla əlaqədar DİA.AZ-a maraqlı informasiyalar daxil olub. Bilgili qaynağın redaksiyamıza söylədiklərindən belə aydın olur ki, əslində başında Kəbirə Məmmədovanın dayandığı «Binə» TM sırf olaraq iqtidariçi güclərin biznes maraqlarının hədəfinə çevrilib. Xatırladaq ki, bu gün «Binə»nin əsas rəqibi olan «Sədərək» Ticarət Mərkəzinə Yusif Qədimbəyli rəhbərlik edir. Redaksiyamızı bilgiləndirən mənbə belə iddia edir ki, «Binə»yə qarşı kampaniyanın arxasında da Yusif Qədimbəylinin bağlı olduğu siyasi dairələr dayanır: «Belə ki, Kəbirə Məmmədova məhz həmin çevrələr tərəfindən iş aləmindən çıxdaş olunması üçün hədəfə alınıb. Təbii ki, Kəbirə Məmmədova da bu biznesdə arxasız deyil. Elə buna görə də böyük pullar uğrunda savaşın bir anın içində bitəcəyini gözləmək doğru deyil». Bu arada «Binə»yə qarşı yeni kampaniyanın başlanacağı da iddia olunur. dia-az.life-a verilən xəbərdə deyilir ki, sözügedən ticarət mərkəzində çalışan vəhabilərin sayı «Sədərək»də çalışan vəhabilərin sayından az olsa da, «Binə» TM mətbuatda «vəhabilərin əsas iş yeri» kimi təbliğ ediləcək: «Artıq bu yöndə müəyyən KİV-lərə gərəkən təlimatlar verilib». Bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq… Geri qayıt |