Əsas Səhifə > Cəmiyyət, Manşet > İcra başçıları ilə bağlı növbəti ələmə dalğası – Vəzifələrini birdəfəlik itirənlər də olacaq, yenidən təyinat alanlar da...

İcra başçıları ilə bağlı növbəti ələmə dalğası – Vəzifələrini birdəfəlik itirənlər də olacaq, yenidən təyinat alanlar da...


18-04-2014, 13:12
İcra başçıları ilə bağlı növbəti ələmə dalğası – Vəzifələrini birdəfəlik itirənlər də olacaq, yenidən təyinat alanlar da...
DİA.AZ: - Nazirlər Kabinetindəki qaynağımızın DİA.AZ-a bildirdiyinə görə, gələn həftə icra başçılarından bəzilərilə bağlı da qərar veriləcək. Xatırladaq ki, iki gün əvvəl Kürdəmir, Ağdam və Tərtər rayonlarının icra hakimiyyəti başçıları dəyişdirildi. Ağdam və Kürdəmirə təyinat olsa da, Tərtər rayonu ilə bağlı qərar hələlik verilməyib ki, bu da növbəti islahat dalğası ilə bağlıdır.

Dünən yaydığımız informasiyada qeyd olunurdu ki, Daşkəsən raypnh icra hakimiyyətinin başçısı Əhəd Abıyevin Bakıya – Xətai rayon İH rəhbəri postuna, hazırda Xətai rayonuna rəhbərlik edən Razim Məmmədovun isə Tərtər rayon icra başçısı vəzifəsinə təyinatı gözlənilir.

Son olaraq dia-az.life-a daxil olan informasiyadan belə aydın olur ki, daha 3 rayonun icra başçısı vəzifəsindən alınacaq: «Onların arasında Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qardaşının da adı var. Tovuzla yanaşı, Bakının iki rayonunun - Qaradağ və Suraxanı rayonlarının başçıları da görəvdən alınacaq».

Mənbəmiz bildirir ki, eyni zamanda Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun da mövqeləri oynaqdır: “Onunla bağlı qərar yaxın günlərdə veriləcək”.


Geri qayıt