Əsas Səhifə > Cəmiyyət, Manşet > Yevlaxın icra başçısının vəzifəsi böyüdülür – Qaoca Səmədovla bağlı sərəncam imzalanacaq

Yevlaxın icra başçısının vəzifəsi böyüdülür – Qaoca Səmədovla bağlı sərəncam imzalanacaq


22-04-2014, 12:19
Yevlaxın icra başçısının vəzifəsi böyüdülür – Qaoca Səmədovla bağlı sərəncam imzalanacaq
DİA.AZ: - Yaxın günlərdə Yevlax rayonunda rəhbər dəyişikliyi baş tutacaq. Bu barədə DİA.AZ-a hökumət içindəki etibarlı mənbə xəbər ötürüb

Mənbə bildirir ki, 10 ilə yaxındır ki, Yevlaxın icra başçısı postunu tutan Qoca Səmədova Prezident Administrasiyasında yüksək vəzifə verilir: “Bu səbədən onu indiki vəzifəsindən alırlar. Hələlik Yevlaxa kimin göndəriləcəyi məlum deyil.

Onu da bildirək ki, Qoca Səmədov bu günə qədər toxunulmaz icra başçılarından biri kimi diqqətə gəlib.

Qeyd edək ki, Səmədov Qoca Çərkəz oğlu 13 oktyabr 1959 –cu ildə Yevlax şəhərində anadan olmuşdur.
1966-1976-ci illərdə M.Ə. Sabir adına 2 №-li şəhər orta məktəbində təhsil almışdır.
1976 1977 –ci illərdə Yevlax şəhər 7№ -li Səyyar Mexanikləşmiş dəstədə və Azərittifaqın Yevlax tədarük bazasında fəhlə işləmişdir.
1977-ci ildə C. İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəncə filialına daxil olmuş,
1982 –ci ildə Azərbaycan Texnologiya İnstitutunu bitirərək mühəndis –texnoloq ixtisasına yiyələnmişdir.
1982 -ci ildə Şəki şəhəri İpək kombinatında sahə ustası kimi əmək fəaliyyətinə başlamışdır.
1982-1984-cü illərdə ordu sıralarında xidmət etmişdir. 1985-1996-cı illərdə Azərittifaqın Yevlax tədarük bazasında tədarükçü,
1996 -2004 –cü illərdə Yevlaxdakı “Qafqaz” Kooperativinin sədri işləmişdir.
2004 -2005 –ci illərdə Yevlax şəhər 1 saylı Mənzil Təmir İstismar sahəsinin rəisi vəzifəsində çalışmışdır.
2005 -2006 –cı illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının şəhər təsərrüfatı üzrə müavini,
2006 -2011 –ci illərdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının I müavini vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 2011-ci il tarixli 1345 saylı Sərəncamı ilə Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
2004 –cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir. 2 övladı var.

Geri qayıt